SON DƏQİQƏ! Şamaxıda narazı qruplaşmalar üsyana qalxa bilər: Mehriban Eyyubovanın xəyanəti - VİDEO

03, 11, 22
12:00

SON DƏQİQƏ! Şamaxıda narazı qruplaşmalar üsyana qalxa bilər: Mehriban Eyyubovanın xəyanəti - VİDEO


Şamaxı rayonundan verilən məlumata görə, yaxın günlərdə icra başçısı Tahir Məmmədovun vəzifəsi ilə vidalaşacağı gözlənilir. Tahir Məmmədovun vəzifədən getməsinə səbəb onun yarıtmaz fəaliyyəti göstərilir.

Son illər Şamaxı rayonunda tüğyan edən məmur özbaşınalığı əhali arasında böyük narazı kütlə formalaşdırıb. Rayon icra başçısı Tahir Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində formalaşan narazılığın ictimailəşməməsi üçün etirazçı şəxslərə qarşı ağlasığmaz üsullardan istifadə olunur. 

Şamaxıda narazı kütlələri formalaşdıran İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova tərəfindən təşkil olunan tədbirlərin birində tezliklə rayonun icra başçısı olacağını söyləyib.

Bizə verilən məlumat da bildirilir ki, Şamaxı rayon icra başçısı Tahir Məmmədovun qəbuluna düşmək artıq müşkil məsələyə çevrilib. İcra başçısının qəbuluna gələnləri yönləndirir xanım müavini Mehriban Eyubovaya.

Verilən məlumata görə, Şamaxı rayonunda Mehriban Eyibova, Tahir Məmmədovun qara kassası sayılır.

Şamaxı da bütün məktəblər, xəstəxanalar, dövlət və özəl müəssələrin hamısı xanım müavin Mehriban Eyubova ilə hesablaşmalı olurlar.

Demək olar ki, Şamaxını icra başçısı Tahir Məmmədov yox, xanım müavin Mehriban Eyubova idarə edir.

Buda rayon sakinləri arasında ciddi narazılıqlar yaradır. Tahir Məmmədovun Şamaxı rayonuna icra başçısı təyin olunduğu gündən rayon bədbəxt vəziyyətə düşüb. Rayonda baş alıb gedən özbaşnalıq və korrupsiya demək olar ki, bütün sahələrdə vüsət alıb çiçəklənir.


Ardı növbəti sayımızda…  

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın