Türkiyə səfiri ilə Polad Həşimovun anasının duyğusal söhbəti - VİDEO

30, 10, 22
11:00

Türkiyə səfiri ilə Polad Həşimovun anasının duyğusal söhbəti - VİDEO


Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə duyğusal anlar yaşanıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı həyat yoldaşı ilə bərabər bayram mərasimində iştirak edən şəhid generalımız Polad Həşimovun anası Səmayə xanıma və şəhidin qardaşı İlham Həşimovun olduğu masaya yaxınlaşıb.

Diplomat onlarla səmimi söhbət edib, tədbirə qatıldıqları üçün təşəkkürlərini bildirib, şəhidlərimizin baş tacımız olduğuni söyləyib. Səmayə xanım və onunla bərabər tədbirə qatılan digər şəhidimizin anası da ürək sözlərini bölüşərkən duyğusal anlar yaşanıb. (Musavat.com)

VİDEO 


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın