"Erməni Fondu"nun pulları qumarda uduzuldu, həbslər başladı, Paşinyan bacaracaqmı...

26, 07, 18
03:14

"Erməni Fondu"nun pulları qumarda uduzuldu, həbslər başladı, Paşinyan bacaracaqmı...


ABŞ-ın mühafizəkar dairələrə yaxın “dailycaller.com” saytında Ermənistanda baş verən siyasi hadisələr, korrupsiya qalmaqalları və onun ABŞ-dakı uzantıları ilə bağlı Maksim Qoin tərəfindən yazı dərc olunub.
Musavat.com həmin yazını təqdim edir.
“Amerika-Ermənistan icması ciddi korrupsiya qalmaqalı ilə üzləşib.
Belə ki , Ermənistan Milli Təhlükəsizlik Xidməti bu ilin iyul ayının 3-də “Hayastan All Armenian Fund” (Erməni fondu) icraçı direktoru Ara Vardanyanı həbs edib. Ara Vardanyan fondun pullarını qeyri-qanuni yollarla mənimsəməkdə ittiham olunur.
Ermənistan hüquq mühafizə orqanlarının verdiyi xəbərə görə, Ara Vardanyan “Erməni fondu”na ianələr yolu gələn pulları şəxsi kredit borclarının ödənilməsində istifadə etdiyini, habelə qumar oyunlarında xərclədyini boynuna alıb.
Vardanyanın bu yolla 270 min dollar məbləğində pul “yediyi”güman olunur.
Bundan cəmi həftə qabaq isə Ermənistan polisi keçmiş prezident Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanı üzərində qeyri-qanuni silah daşımaqdan dolayı həbs edib.
May ayının başlanğıcında isə ABŞ Federal Təhqiqat Bürosu keçmiş prezidentin iki qardaşı, Aleksandr və Levon Sərkisyanlara qarşı “qanunsuz varlanma”, “bəyan edilməyən mülkiyyət” maddələri üzrə cinayət işi açıb.
Gələn məlumatlarda, Sərksiyan qardaşlarının Birləşmiş Ştatlarda daşınmaz əmlaka milyonlarla pul xərclədikləri, habelə Ermənistanın siyasi maraqlarından ötrü vəsait toplamaqla məşğul olan xarici şirkətlərdə önəmli rol oynadıqları bildirilir. Aleksandr Sərkisyan erməni mafiyasında əsas fiqur sayılır. Levon isə Ermənistan Xarici işlər nazirliyində xüsusi işlər üzrə səfir vəzifəsində çalışır.

Korrupsiyaya qarşı mübarizə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın əsas şüarlarından biri sayılır və indi Ara Vardanyan, həmçinin Aleksandr Sərkisyanın həbsi onun bununla bağlı verdiyi sözləri qismən yerinə yetirdiyini göstərir.
Hər halda baş verən həbslər Amerika-Ermənistan fondlarında və lobbi aparatlarında korrupsiyanın hansı dərinliklərə qədər işlədiyini, burada fəaliyyət göstərən qrupların özlərini necə yalandan erməni xalqının “xeyirxah müdafiəçisi” kimi təqdim etdiyini göstərir.
Lakin bu problemi yalnız həbslərlə həll etmək mümkün deyil. Ermənistan hüquq sistemi Aleksandr Sərkisyan və Vardanyana layiq olduqları cəzanı verməli, Paşinyan isə öz hökumətinin korrupsiyaya qarşı həqiqi və ciddi düşməni olduğunu sübut etmək üçün onlarla arasında böyük məsafə qoymalıdır.
OSCE Minsk Group ile ilgili görsel sonucu
“Erməni fondu” 1992-ci ildə prezident fərmanı ilə “Ermənistanda və onun xaricində yaşayan erməniləri Ermənistanın və “Arsax”ın sabit inkişafı üçün birləşdirilməsi” məqsədilə yaradılıb. Burada “Arsax” deyilən ərazi Azərbaycanın  BMT qətnamələri ilə Ermənistan tərəfindən işğal olunduğu göstərilən Dağlıq Qarabağ bölgəsidir.
Bəhs edilən fond 19 ölkədə fəaliyyət göstərən 21 üzv və partnyor təşkilatı, o cümlədən onların Los-Anceles və Nyu-Yorkdakı tərəfdaşlarını əhatə edir. Bu təşkilat Ermənistanda və Dağlıq Qarabağda ümumi dəyəri 350 milyon ABŞ dolları ilə ölçülən 1100 layihəni həyata keçirib.
Armenia corruption ile ilgili görsel sonucu
“Erməni fondu” illik telemarafonlar vasitəsilə məsələn 2017-ci ildə 12 milyon, 2018-ci ildə isə 15,4 miyon dollar pul toplayıb.
Lakin “Erməni fondu”  özünü “humanitar təşkilat” elan etməsinə rəğmən əslində  siyasi lobbiçilik cəbhəsi kimi fəaliyyə göstərir. ABŞ-ın Ermənistan və Dağlıq Qarabağ ermənilərinə yardım göstərməsi üçün çalışan “Amerika Erməni Assambleyası” və “Amerika Erməni Milli Komitəsi” kimi iki böyük lobbiçilik təşkilatı də “Erməni Fondu”nun tərəfdaşı kimi çıxış edirlər.
Adı çəkilən qurumlar amerikalı donorları və onların seçilmiş nümayəndələrini Dağlıq Qarabada qeyri-qanuni fəaliyyət göstərməyə sövq edirlər.
Bundan başqa bu təşkilatlar ABŞ-ı Dövlət Departamentinin siyasətinə zidd olaraq Dağlıq Qarabağı “müstəqil ölkə” kimi tanıtdırmağa və gələcəkdə münaqişə edən iki ölkə ilə bərabər 3-cü tərəf olaraq qəbul olunmasına çalışırlar.
arm pashi.JPG (65 KB)
Bunlar Ermənistanın işğal olunmuş ərazilərdə möhkəmlənməsi üçün burada infrastrukturu maliyyələşdirmək, habelə hər iki tərəfi sülh prosesindən kənərlaşdırmaq yolu ilə   ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həll olunması ilə bağlı səylərini baltalayırlar.
Bu təşkilatlar erməni xalqının ən zəruri ehtiyacları və Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin maliyyələşdirilməsi üçün nəzərdə tutulan pulları başqa istiqamətə yönəldərək Ermənistanın iqtisadi problemlərinin dərinləşməsinə, o cümlədən burada yüksək yoxsulluq səviyyəsinin bərqərar olmasına, kənd təsərrüfatından asılı vəziyyətə düşməsinə, ölkə əhalisinin kültəvi surətdə köçməsinə şərait yaradırlar.
Nə qədər qəribə olsa da bu “xeyriyyə təşkilatları” Konqres üzvləri, o cümlədən Senator Bob Menendes, konqresmen Bred Şerman, Ceki Spyer, Frenk Pallone və digər qaranlıq şəxslər tərəfindən qızğın surətdə dəstəklənirlər. Bütün bunlar isə ABŞ-ın özündə korrupsiya problemini və bu cür açıq cinayət əməlinin dəstəklənməsi məsələsini doğurur.
Ermənistan üçün süni surətdə və riyakar məqsədlərlə həyata keçirilən humanitar yığımların əsl mahiyyəti siyasi səviyyədə anlaşılmasa da fondun pullarını qumar oyunları ilə havaya sovuran rəhbəri sayəsində bu cür biabırçı korrupsiya əməliyyatlarının əsl mahiyyəti ortaya çıxarılmalıdır.

İndi Ermənistan və onun yeni lideri Nikol Paşinyan Ara Vardanyan, Aleksandr və Levon Sarkisyanlardan nümunə götürməklə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə amerikan və erməni xalqını aldadan “Erməni fondu”, “Amerika Milli Erməni Komitəsi və digər bu kimi təşkilatlara da eyni mövqe sərgiləməlidir. Paşinyanın bu bataqlığı qurutmaq iradəsinə sahib olub-olmadığını isə yalnız zaman göstərəcək”.
Sonda onu qeyd edək ki, Maksim Qoin Yaxın Şərq, Avrasiya və Türkiyə sahəsində geopolitika və geostrategiya üzrə ekspertdir. O, müxtəlif analitik mərkəzlər, QHT-lər və hökumətlər üçün müntəzəm olaraq yüksək səviyyəli məqalələr yazır.
Məqalənin orijinalı bu linkdə: http://dailycaller.com/2018/07/24/anti-corruption-arrests-armenia-start/
Musavat.com

Bizimlə əlaqə saxlayın