Vəliyevdən günümüzün Seyidovuna qədər dəyişməyən Neftçala - Başçıların “şirinlik” azarı…

20, 10, 22
10:00

Vəliyevdən günümüzün Seyidovuna qədər dəyişməyən Neftçala - Başçıların “şirinlik” azarı…


Neftçala sakini rüşvət vermədən dükan tikmək istəyir, lakin 13 il müddətində bu mümükn olmayıb… 

Neftçala sakini Məcidzadə Vasif Telman oğlu düz 13 ildir ki, kiçik sahibkarlıqla məşğul olmaq üçün Nevtçala şəhəri Heydər Əliyev prospekti 19c ünvanında dükan tikmək istəsə də buna nail ola bilmir. Səbəb heç də Vasif Məcidzadənin həmin ərazidə sahib olduğu 138 kvdrat-metrlik torpaq sahəsinin sənədlərinin qaydasında olmaması deyil. Aşağıda sizə təqdim edəcəyimiz sənədlərlə bağlı heç bir problem yoxdur. Problem Vasif Məcidzadənin biznesinə haram qatmaq istəməsi və tikintiyə icazə almaq üçün rüşvət verməməsi ilə bağlıdır.

Vasif Məcidzadənin bildirdiyinə görə, Neftçalanın sabiq icra başçısı, hazırda rüşvət və korrupsiya ittihamları ilə həbsdə olan İsmayıl Vəliyev ondan tikinti işlərinə başlaması üçün 5 min manat “şirinlik” istəyib. Lakin Vasif Məcidzadə bu “şirinliyi” başçının adamına vermək istəmədiyinə görə, tikinti aparılmasına da icazə verməyib.

İsmayıl Vəliyevin həbsindən sonra 2020-ci ildə gənc Mirhəsən Seyidovun Neftçalaya icra başçısı təyin olunması Məcidzadə də belə bir fikir yaradıb ki, artıq o, dükanını tikə və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu həvəslə də Mirhəsən Seyidovun qəbuluna gedən Vasif Məcidzadə başçı ilə görüşüb və qəbulda Mirhəsən Seyidov ona bildirib ki, tikintiyə başlamaq üçün heç bir problem yoxdur və ona icazə üçün məktub göndəriləcək.
Doğrudan da Vasif Məcidov iki həftədən sonra məktub alıb, amma məktubda bildirilib ki, həmin torpaq sahəsinin 650 manat vergi borcu var. Vasif Məcidov da həmin borcu ödəyir və qəbzi icra hakimiyyətinin işçilərinə təqdim edərək onlardan icazə kağızı istəyir. Ona deyilir ki, icazə kağızı veriləcək.

Aradan təqribən il yarım keçməsinə baxmayaraq, Vasif Məcidov hələ də tikinti aparmaq üçün Neftçala rayon İcra Hakimiyyətindən icazə ala bilmir. İcra Hakimiyyətinin işçiləri ona hər dəfə işarə vururlar ki, “bu işin yolu “şirinlik”dən keçir”. Vasif Məcidov isə bir daha yenidən Mirhəsən Seyidovun qəbuluna düşə bilmir...

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın