Qarabağ Mitinq Komitəsi toplaşdı və növbəti addımlar müəyyən edildi - foto

25, 07, 18
18:13

Qarabağ Mitinq Komitəsi toplaşdı və növbəti addımlar müəyyən edildi - foto

Qarabağ Mitinq Komitəsinin növbəti iclasında Qarabağın azadlığı tələbinin daim, davamlı gündəmdə saxlanılması üçün növbəti addımlar müəyyən edilib.
Musavat.com-a verilən məlumata görə, iclasda qurumun bundan sonra Qarabağ Komitəsi adlandırılması qərara alınıb. Komitə üzvlərindən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı, AĞ Partiyanın sədri Tural Abbaslı, İslam Partiyasının sədr müavini Akif Heydərli, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Felmar Ələkbərli və digərləri çıxış edərək təklif və münasibətlərini bildiriblər.
Qərarlarda Qarabağ Komitəsində təmsilçiliyin formaları, yerlərdə dəstək qruplarının yaradılması, avqust və sentyabr ayları ərzində həyata keçiriləcək aksiya və tədbirlər yer alıb. Xüsusi olaraq göstərilib ki, vətəndaşlar yerlərdə öz təşəbbüsləri ilə Qarabağ Komitəsinin dəstək qruplarını yaratmağa başlayıblar, bu prosesə xarici ölkələrdə də start verilib. Qarabağ Komitəsinin mətbuat xidmətindən bildirilib ki, komitə bu prosesi dəstəkləyir və hər yerdə dəstək qruplarını yaratmağa çağırıb. Qarabağ Komitəsinin əsas məqsədinin Qarabağın azadlığı tələbinin davamlı olaraq gündəmdə saxlanılması, Qarabağın azadlığı üçün təcili və təsirli addımların atılmasına nail olunmasından ibarət olduğu bir daha vurğulanıb, bütün ictimai, siyasi qüvvələrin, Qarabağ döyüşçülərinin, tanınmış elm, təhsil adamlarının, cəmiyyətin bütün təbəqələrinin bu amal ətrafında birləşməsinin vacibliyi qeyd olunub. Qarabağ döyüşçüləri Şakir Abbas, Təranə Səfərsoy Komitəyə yeni üzv qəbul olunublar.
Musavat.com

Bizimlə əlaqə saxlayın