Yasamal rayonunda “The Lodge” restoran səkini işğal edib - FOTOLAR

09, 10, 22
14:00

Yasamal rayonunda “The Lodge” restoran səkini işğal edib - FOTOLAR


Sosial şəbəkələrdə paytaxtın Yasamal rayonunda restoranın səkini öz ərazisinə qatmasını əks etdirən fotolar yayılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, söhbət rayonun Zahid Xəlilov küçəsində yerləşən “The Lodge” adlı restorandan gedir.

Bu hal istifadəçilərin tənqidinə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu hala Yasamal Rayon İcra Hakimiyyətinin “şərait yaratdığını” iddia ediblər.

Bəzi istifadəçilər isə qurumun rəsmi sosial şəbəkə hesabını işarələyərək məsələyə münasibət bildirmələrini tələb ediblər.

Sözügedən fotoları təqdim edirik:




AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın