Malik Nəbiyev: “Qədim Qəbələ” dünya brendinə çevrilməkdədir

Manşet / Sosial
 21-09-2022, 14:00     1 330


Dünyanın ən gözəl, səfalı yerlərindən sayılan Azərbaycanda turizmin inkişafı üçün hər cür şərait vardır. Ölkəmizin dilbər guşələri, çeşidli iqlim qurşaqları, təbii şəfa ocaqları istirahət və müalicə baxımından misilsiz önəm daşıyır. Təsadüfi deyil ki, turizm sektoru hazırda dövlət səviyyəsində tənzimlənir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında turizmin genişlənməsinə dair konkret müddəalar öz əksini tapmış, vəzifələr müəyyənləşdirilmişdir. Bu sektorda beynəlxalq standartlara cavab verən xidmət şəbəkəsinin təbii-coğrafi amillərlə vəhdəti son dərəcə zəruridir.

“Qədim Qəbələ” restoranlar şəbəkəsinə aid olan mərkəzlər Bakının möcüzəli guşəsidir–desək yanılmarıq. “Qədim Qəbələ” restoranlar şəbəkəsi həm Bakı və ətraf rayon sakinlərinin, həm də xarici qonaqların könül verib, sevdiyi-seçdiyi yerdir. Bu da “Qədim Qəbələ” restoranlar şəbəkəsinə aid olan Albreeze Beach filialı!

Dənizin sahilindəki bu gözəl istirahət mərkəzi, müasir bir ailəvi düşərgəni xatırladır. Yenicə təmirdən çıxmış və istirahət üçün tikilmiş rahat kotteclər, bisetkalar, səliqəli sosial-məişət obyektləri göz oxşayır. Burada eyni vaxtda xeyli sayda adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Yeni istifadəyə verilmiş məkanda, demək olar, boş yer yoxdur.

Ölkəmizin ən müxtəlif guşələrindən, hətta xaricdən də adamlar bu məkanda istirahət etməyə və dincəlməyə gəlirlər. Həqiqətən məkanın olduğu yer ötən illərdə baxımsızlıq üzündən bərbad hala düşmüşdü. Dənizin ətrafı zibilxana idi, müsafirlərin “özfəaliyyəti” baş alıb gedirdi. Nəhayət məşhur iş adamı Malik Nəbiyev bu əraziyə sahib çıxaraq və iqtisadiyyatımızın güclənməsi istiqamətində əlindən gələni əsirgəməyərək, gözəl bir məkanın ərsəyə gəlməsində iradə nümayiş etdirdi. Dənizin sahilində böyük bərpa-quruculuq işinə başladı. Əsaslı dəyişikliklər baş verdi. Gözəl, səliqə-sahmanlı, adama gəl-gəl deyən bir yerə çevrildi Albreeze Beach filialı.

Çəkilən zəhmətin, vətənsevərliyin, təəssübkeşliyin sayəsində istirahət mərkəzi nümunəvi səviyyəyə yüksəldi. Az vaxtda “Qədim Qəbələ” restoranlar şəbəkəsinin rəhbəri Malik Nəbiyevin diqqət və qayğısı, səyləri ilə bu istiqamətdə xeyli işlər görülmüşdür. Hazırda məkan bütün tələblərə tam cavab verir. İstirahət mərkəzində gecə-gündüz isti və soyuq su, işıq olur. Kanalizasiya sistemi yenidən qurulub. Xidmət sahələrinin hamısının estetik tərtibatı gözoxşayandır. Yeni istifadəyə verilmiş məkanda bu yerləri cənnətə çevirmiş tanınmış sahibkar Malik Nəbiyevlə görüşdüm.

Məni son vaxtlar gördüyü işlərlə tanış elədi. Restoranlar şəbəkəsində 200 nəfərlik xidmət heyətinin çalışdığını və qonaqlara qulluq etməkdən necə zövq aldığını, qürur duyduğunu bir daha gördüm. İş adamı söhbət zamanı xüsusilə vurğulayırdı ki, ölkə başçısı tərəfindən sahibkarlara xüsusi diqqət və qayğı var. İllərdir bu qayğını hiss edirik və cənab prezidentin xüsusi diqqətindən ilhamlanaraq, yeni-yeni məkanların açılıb xalqa istifadəyə verilməsinə can atırıq. Çünki dövlət qayğısı biz sahibkarlada həvəslə işləməyə stimul yaradır.

Biz də öz növbəmizdə dövlətə, dövlətçiliyə eləcədə xalqa xidmət etməkdən qürur duyuruq. Malik müəllim onu da qeyd etdi ki, 2010-cu ildə Rusiyadan Azərbaycana gələrək, “Qədim Qəbələ” adında restoranı açıb. Daha sonra isə dövlətin qayğısını hiss edən iş adamı başlayıb, restoranlar şəbəkəsi yaratmağa. Vətəninə bütün qəlbi ilə bağlı olan iş adamı bütün mövsüm ərzində qonaqlara dost, qardaş qayğısı göstərməkdən şərəf duyur. Malik müəllimin qonaqpərvərliyindəndir ki, heç bir müsafir özünü burada qərib hiss etmir. Restorana gələnləri ilk növbədə mehriban münasibət, xoş qılıq, şirin dil, təbəssüm dolu baxışlar ruhlandırır, vəziyyətini yüngülləşdirir, ovqatını təzələyir.

Dənizin kənarında həmsöhbət olduğum, ürək sözlərini dinlədiyim adamlar da bunu təsdiqlədilər. İstirahət Mərkəzindən ayrılanda “Qədim Qəbələ” Albrezze Beach barədə eşitdiklərimi, gördüklərimi Malik Nəbiyevə çatdırdım. Dedim ki, zəhmətiniz itməyib, adamlar çox razıdır. O isə sahibkarlıq fəaliyyətinə yaradılan şəraitə görə ölkə rəhbərliyinə bir daha minnətdarlığını bildirdi.

Dövlət Proqramı bizim həyatımızı daha da gözəlləşdirib. Çünki inkişafa, tərəqqiyə, firavanlığa xidmət edir. Biz də öz vətənimizdə sahibkarlıq fəaliyyəti göstərməklə yeni iş yerləri açırıq, bununla da xalqımıza qulluq edir, dövlətimizə dəstək oluruq. Məkanımız hər zaman bütün qonaqların üzünə açıqdır. Albreeze Beachdan xoş təəssüratla ayrılıram. Bir daha yəqin edirəm ki, buraya bir dəfə gələnlər yenidən gəlmək arzusu ilə yaşayırlar. Mənalı və sərfəli istirahət etmək üçün.

 AZƏRBAYCANREALLIĞI.COM