Qumar mafiyasının SENSASİON ƏMƏLLƏRİ: Mosbet və 1xbet GƏNCLİYİMİZİ NECƏ MƏHVƏ APARIR...

Manşet / Şikayət
 12-09-2022, 13:00     2 084


Ölkə də lisenziyasız fəaliyyət göstərən: Mosbet, 1win, 1xbet və başqa mərc oyunları ilə bağlı həyəcan təbili çalınır. Əlaqədar dövlət qurumları nədənsə bu qanunsuz fəaliyyətin qarşısını almaq istəmir. Hesab edirik ki, əlaqədar dövlət qurumları artıq ölkə də qanunsuz qumar oyunları keçirən Mosbet, 1win və 1xbet barəsində ciddi ölçü götürməlidirlər, qanunsuz mərc oyunları barədə demək olar ki, hər gün yüzlərlə şikayət daxil olur. Artıq Azərbaycanda saysız-hesabsız ailələr, valdeyinlərin narazılığı pik həddədir onların övladları, qohumları kütləvi halda narkotikdəndə betər bəlaya çevirilən bu oyunlara qurşanıblar. 

"Azərbaycan Reallığı"
xəbər verir ki, Ulu öndər Heydər Əliyevin ölkə başçısı olduğu dönəmdən Azərbaycanda faliyyət göstərən qumarxanalara, kazinolara qarşı çox ciddi ölçü götürülüb və onların fəaliyyətinə sərt şekildə qadağa qoyulub. Ölkədə qara pullar üzərindən fəaliyyət göstərən Mosbet, 1xbet və digərləri Azərbaycandan idarə olunan, müxtəlif cür oyunlar təşkil edərək onlayın şekildə çox rahat faliyyət göstərən saytların, artıq dözülməz səviyyədə fəaliyyətləri davam edirlər. Bu cür oyunlardan istifadə məktəblilər və Universitet uşaqları arasında da kütləvi hal alıb.

Bir məqamıda araşdırıb üzə çıxardıq ki, bu cür oyunları sərbəst şekildə reklam edən xəbər saytları, barəsində niyə elektron təhlükəsizlik nazirliyi ciddi ölçü götürüb və həmin xəbər portallarını bloklamır? Bu saytları rahat şekildə bloklamaq onların səlahiyyətindədir, ölkənin aparıcı saytları bu cür qanunsuz qumar oyunlarını reklam etməklə cinayətə şərik olurlar.

Bu ölkədə böyük həcmdə baş verən dələduzluqdur, ölkənin pulları bu qumar oyunları vasitəsiylə hara getdiyidə məlum deyil. Çox təəssüflər olsun ki, əlaqədar dövlət qurumlarıda buna göz yumur, amma inanırıq ki, hüquq-mühafizə orqanları araşdırma aparıb, məsələ haqqında ciddi ölçü götürəcək.  

AZƏRBAYCANREALLIĞI.COM