“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı - VİDEO

26, 08, 22
18:00

“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı - VİDEO


“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində rayonun "Xutor" adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb.
“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı
Həmin şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın