Arəstə Baxışovanın anasından Qurban Məmmədova: “Allah onlara lənət eləsin!”

17, 08, 22
14:00

Arəstə Baxışovanın anasından Qurban Məmmədova: “Allah onlara lənət eləsin!”


“Azərifreedom” kanalının rəhbəri, ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov şəhidləri təhqir edib.

O, Azərbaycanda yüzlərlə, hətta minlərlə saxta şəhid olduğunu deyib. Nümunə olaraq isə şəhid Arəstə Baxışovanı göstərib:

"Arəstə xanımı əgər dövlət və Azərbaycan xalqı şəhid kimi tanıyırsa, mənim qardaşım mayor Rasim Məmmədovu da şəhid kimi tanıyırsa  bildirim ki, o bü cür şəhid deyil. Ola bilməz ki, erməninin minasından parça-tikə olan da şəhid olsun, xidmət yerində otaqda ya qısqanclıq zəminində, ya da tüsadüfən tapançanı təmizləyəkən ölən adam da şəhid olsun. Belə şəhidlik olmaz... Sən gedib orada kimləsə zarafatlaşacaqsan... Bu ifadəni işlətmək istəmirəm". 

Hazırda Londonda yaşayan Qurban Məmədovun sözügedən çıxışına azərbaycanlılar tərəfindən sərt təpki gəlib. İzləyicilər şəhid xanımı təhqir etdiyinə görə Qurban Məmmədovun şəxsiyyəti barədə mənfi fikirlərini şərh bölməsinə yazıblar.

Cebhe.info-ya Vətən müharibəsinin yeganə xanım şəhidi, Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışovanın anası Məktubə Baxışova danışıb.

Şəhid anası deyilənlərə belə reaksiya verib:

"Qələt edir, getsin öz dərdini çəksin. Sadəcə xaricdə oturan bloqerlər dövlətimizin əleyhinə işləyirlər. Həmin Qurban da onlardandır, dövlətimizi, şəhidlərimizi istəməyən adamdır. Şəhid xanımın olmasını bəzilərinin gözü götürmür. Qızım Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Bərxudarovla bir yerdə işləyib. 44 günlük Vətən müharibəsində iştirak etməyə də özü könüllü gedib".

Məktubə Baxışova bildirib ki, dövlətimizin əleyhinə çalışan adamlar şəhidlərimizi biabır edirlər:

"Allah onlara lənət eləsin! Sən kimsən oturmusan orada ağzına gələni danışırsan?! Azərbaycana gəl, sənin dərsini versinlər. Prezidentimizi istəməyən adamlardır, təxribat yaratmaq istəyirlər. Prezidentimiz İlham Əliyev gözəl insandır. Müharibədə bir nəfər də olsun fərari olmadı".

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın