Psixoloq Gülnar Orucova: “Növbəti qapanma cəmiyyətdə qarşıdurma yarada bilər”

09, 07, 22
16:30

Psixoloq Gülnar Orucova: “Növbəti qapanma cəmiyyətdə qarşıdurma yarada bilər”


“İnsanlar bunun real olmasını qəbul etməyəcək, buna görə də növbəti qapanmanı da düzgün olmadığını düşünəcəklər”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bunu Yenisabah.az-a psixoloq Gülnar Orucova deyib.

O, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son bəyanatını şərh edib.

Xatırladaq ki, dövlət qurumları yoluxma sayı artarsa, karantinin sərtləşdirilə, hətta qapanmanın ola biləcəyini bildirib.

Bəs cəmiyyət buna hazırdırmı? Qapanmalar olarsa, bu, onların psixoloji durumuna necə təsir göstərəcək?

G. Orucovanın rəyi belədir:   

“İnsanlar demək olar ki, artıq koronavirusun sağalan bir xəstəlik olduğunu qəbul ediblər. Cəmiyyət ilk dövrdə bunu real qəbul etmirdi. Ölənlərin sayının günü gündən artması insanları qorxutmuşdu. 

Amma indi insanların böyük qisminin yoluxub sağalması, öz işlərinin başına dönməsi, bir növ, onlarda virusa qarşı etinasızlıq yaradıb və onlar COVID-19-u müalicə olunan xəstəlik kimi qəbul edirlər.

Düşünürəm ki, yenidən qapanmalar olarsa, bu, cəmiyyətdə hədsiz aqressiya yaradacaq. İnsanlar bunun real olmasını qəbul etməyəcək, buna görə də, qapanmanın düzgün olmadığını düşünəcəklər. Hətta cəmiyyətdə aqressiya, bəlkə də qarşıdurmalar ola bilər”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın