Binəqədi rayon İcra Hakimiyyəti, vətəndaşın itthamların əsasız sayır - ÖZƏL AÇIQLAMA

06, 07, 22
13:00

Binəqədi rayon İcra Hakimiyyəti, vətəndaşın itthamların əsasız sayır - ÖZƏL AÇIQLAMA


"Azərbaycan Reallığı" informasiya agentliyində "Binəqədinin də öz prezidenti var” - İcra başçısı 40 min rüşvət istəyir - VİDEO başlıqlı yazı ilə əlaqədər, yazıda və videoda əks olunan fikirləri, Binəqədi rayon icra Hakimiyyəti əsasız sayır. Sözü gedən mövzu ilə bağlı rayon icra hakimiyyətinin mövqeyin təqdim edirik:

Məsələ ilə əlaqədar qeyd olunan ünvanda aparılan tikinti işlərinə əməkdaşlarımız tərəfindən texniki baxış keçirilmiş və qanunsuz tikintinin aparılması faktı öz təsdiqini tapmışdır. Məsələ ilə əlaqədar bildiririk ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, F.Ağazadə küçəsi, 32 A ünvanında yerləşən yüngül konstruksiyadan ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsindən 14.07.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1121084156 saylı Çıxarışa əsasən vətəndaş Quliyev Rüstəm İbrahim oğlunun mülkiyyətindədir.

Sənədlər araşdırılarkən şikayətçi İman Hacıyev qeyd olunan tikintinin aparılmasına dair təsdiq olunmuş layihənin olduğunu iddia etsə də sözügedən sənədə dair hər hansı etibarnamə və tikinti işlərinin aparılmasına dair heç bir hüquqmüəyyənedici sənəd və müvafiq qurum tərəfindən təsdiq edilmiş layihəni təqdim etməmiş və Tikintilərin dövlət reyestrində qeyd olunan tikiliyə dair heç bir sənəd aşkar edilməmişdir. Özünü həmin yerin sahibi kimi təqdim edən İ.Hacıyevə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlığa baxmayaraq vətəndaş tərəfindən şəhərsalma qaydalarına uyğun olmayan qanunsuz tikinti işlərinin aparılması davam etdirilmiş və görülmüş tədbirlər nəticəsində aparılan tikinti işləri dayandırılmış və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ilə qanunsuz tikinti işlərinin qarşısı alınmışdır.

Bununla bağlı 30.06.2022-ci il tarixli Akt tərtib olunmuşdur.(surəti əlavədə) Eyni zamanda dəfələrlə vətəndaş İ.Hacıyevə “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsi səbəbindən qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsinin Rayon İcra Hakimiyyəti səlahiyyətləri xaricində olduğu və qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Tikintiyə icazə sənədi alındıqdan sonra tikintiyə başlaya biləcəyi izah edilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizlə əlaqədar qeyd olunan ünvanlarda aparılan tikinti işlərinə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun olaraq yerli səviyyədə Rayon İcra Hakimiyyəti tərəfindən şəhərsalma nəzarəti çərçivəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bundan başqa ərazilərin nəzarətdə saxlanılması məqsədilə Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə və digər aidiyyəti qurumlara zəruri tapşırıqlar verilmişdir  

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın