SON DƏQİQƏ! Zaur Baxşəliyev ATV-yə rəhbər GƏTİRİLİR
Teleaparıcı Zaur Baxşəliyev “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”nə (ATV) rəhbər gətirilir.
"Azərbaycan Reallığı" xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə bununla bağlı telekanalda qərar qəbul olunacaq.
Məlumata görə, ATV-nin fəaliyyət sahəsində dəyişiklik olunacaq. Bundan sonra ATV-nin sırf şou proqramları yayımlayan telekanal kimi ixtisaslaşdırılması nəzərdə tutulur. Bu məqsədlə də teleaparıcı Zaur Baxşəliyevin yaxın günlərdə ATV-yə rəhbər təyin olunması gözlənilir.
Qeyd edək ki, Konkret.az ARB və ATV telekanalları rəhbərlərinin Prezident Administrasiyasına çağırılması barədə məlumat yayıb.
Xatırladaq ki, ATV-nin hazırkı prezidenti Azər Xəlilov bu vəzifəyə 2017-ci ildə təyin olunub.
AZƏRBAYCANREALLIĞI.COM