Gənc yazardan polislərə təbrik - AZERBAYCAN POLİSİ!
Gənc yazardan polislərə təbrik - AZERBAYCAN POLİSİ!
Bu gün hər zaman ədalətin keşiyində şərəflə dayanan Polislərin bayramıdır.
Başda cənab nazirimiz General-Polkovnik Vilayət Eyvazov olmaqla,bütün DİN şəxsi heyətini Polisin peşə bayramının 104 illik münasibəti ilə təbrik edirəm!Şəxsi keyfiyyətləri ilə nümunə ola bilən,vəzifə öhdəliklərinin eləcədə verilən tapşırıqların öhdəsindən layiqincə gələn və bunun məsuliyyətini daşıyan polis qardaş və bacılar,bayramınız mübarək!Hər birinizə karyeranızda yüksəlişlər və uğurlar arzu edirəm!
Bu Şer də məndən sizə təbrik ərmağanı olsun.
Azərbaycan polisinə ən xoş arzularla
Sənin adın gələndə,
Bu Vətən çiçəklənir.
Sənə olub arxayın,
Xalq,millət ürəklənir.
Öhdəsindən gəlirsən,
Ən çətin,ağır işin.
Keşikçisi olmusan,
Hər zaman asayişin.
Vətən müharibəsində,
Sən də şir kimi coşdun.
Mənfur,qəddar düşmənlə,
Gecə-gündüz vuruşdun.
Sənin ,,Polis" adında,
Doğruluq,ədalət var.
Heç zaman yenilməyən,
Hünər var,cəsarət var.
Keşiyində bu xalqın,
Dayan,hər an mətinlə.
Hər zaman şöhrət qazan,
Sən öz rəşadətinlə.
Sən bir zəfər müjdəli,
Xalqın,elin xoş səsi.
Minnətdarıq biz,sənə-
Azərbaycan polisi !
AZERBAYCAN POLİSİ 🇦🇿
Dövlətimə dayaqsan,
Hər bir zaman oyaqsan.
Zirvələrdə adın var,
Ürəklərdə odun var,
AZƏRBAYCAN POLİSİ!
Vətən eşqiylə yandın,
Pozulmaz vətən andın.
Sən yağıdan bac aldın,
El gözündə ucaldın,
AZERBAYCANI POLİSİ!
Üç rəngli bayrağıma,
Qurbandır canın sənin,
Axır yurd sevgisiylə,
Damarda qanın sənin,
AZERBAYCAN POLİSİ!
Vüqarlı dağlar kimi,
Ucadır başın sənin.
Hakim olub qəlbinə,
Torpağın, daşın sənin.
AZERBAYCAN POLİSİ!
Sönməyən bir işıqsan,
Amalın nurdur sənin.
Xalqa, elə məhəbbət,
Könlündə vardır sənin.
AZERBAYCAN POLİSİ!
Açılır iş başında,
Hər gün sənin sabahın.
Hifz eləsin xətadan-
Səni uca Allahım,
AZERBAYCAN POLİSİ!
Müəllif: Yegane Bağırova
AZƏRBAYCANREALLIĞI.COM