SON DƏQİQƏ: Lənkəranda dini çaxnaşma hazırlanır? - VİDEO

24, 06, 22
10:00

SON DƏQİQƏ: Lənkəranda dini çaxnaşma hazırlanır? - VİDEO


"Azərbaycan Reallığı" xəbər verir ki, Son günlər Lənkəran şəhəri, Aşağı-Nüvədi qəsəbəsinin Küvənil kənd məscidində bir qrup radikal, iranpərəst, təqlid etdikləri alimin İranin dini lideri Xamneyi olan və özlərini “Hüseynci” qruplaşmasına aid edən şəxslər, eyni qəsəbənin Əhli sünnət  məzhəbinə aid olan şəxslərə qarşı davamlı təxribat törətməkdə davam etməkdədirlər.
Lənkəran rayonu Kiçik Bazar məscidi - Sirat.az
Aşağıda adlarini qeyd edəcəyimiz radikal, özlərini  “Hüseyncilər” adlandiran bir qrup şəxslər bu qəsəbənin məscidinə gündəlik namazlarını qılmağa gedən əhli-sünnət camaatına qarşı hörmətsizlik edərək təhqiramiz ifadələr işlədir, atamacalar atır, onları  “siz dövlətə qarşı çıxmırsınız amma biz dövlətə sözümüzü deyirik” kimi ifadələr işlədirlər.
İran İnqilab keşikçiləri - onlar kimdir? - BBC News Azərbaycanca
Bu iranpərəstlər məsələni O, həddə çatdırmışlar ki, Şöhrət adlı “hüseynci” şəxs  əhli sünnə olan Şaiq adlı şəxsi Küvənil kənd məscidində namaz qılarkən təkanlayib məsciddən çıxarmağa cəht etmişdir. Demək olar ki,özlərini “Hüseyncilər” adlandıran bu şəxslər hər gün  məscidə gələn əhli-sünnət nümayəndələrinə qarşı bu tipli əməlləri davamlı törətməkdədirlər. Görsənən odur ki, bu şəxslər bu əməllərinə məhz bu qaynar dönəmdə başlamalarına səbəb əminaman ölkəmizdə çaxnaşma, dini zəmində qarşıdurma salmaq istəkləri hansısa dövlətin siyasi maraqlarına bilərək yaxud da bilməyərəkdən xidmət etmələrindən dolayıdır.
Politoloq: “Dindar iranpərəstləri ölkəmiz üçün təhlükə hesab edirəm” -  pia.az
İslam dinində məzhəbindən asılı olmayaraq hər bir müsəlman bilir ki, məscid Allahın evi, müsəlmanın ibadətgahı və hər vaxt istənilən müsəlmanin üzünə açıq olan bir məkandir. Bu şəxslər bunu bili-bilə əhli-sünnət camaatını məsciddən kənarlaşdırırsa, onlara “bura Hüseynçilərin məscididir sizin burada ibadət etmək haqqiniz, hüququnuz yoxdur ” deyib qarşı tərəfi aşağılayıb qarşı durma yaratmağa cəht edirlərsə, demək ki, niyyətləri ölkəmizin cənub bölgəsində “əhlibeyt məktəbi, Hüseyncilər” adi altinda çaxnaşma, dini zəmində qarşıdurmalar yaratmaqdır. Hər bir sıravi
Azərbaycan vətəndaşı bilir ki, ölkəmiz tolerant ölkədir.

Nəinki müsəlmanlar hətta yəhudilər, xristianlar belə öz ibadətgahlarında rahat şəkildə ibadətlərini edirlər. Buna qanunda icazə verir. Belə olduğu halda necə olur ki, özlərini “Hüseynçilər” adlandıran bu şəxslər  Lənkəran rayonunun 2-ci böyük qəsəbəsi olan Aşağı-nüvədi qəsəbəsində sünni-şiə qarşıdurması yaratmaqda maraqlıdırlar? Görəsən bu məscidə dövlət tərəfindən təyin edilmiş imam olan molla Qasım niyə bu təxribatların məhz mərkəzində durur?
Müsəlmanlar və xristianlar eyni Allaha inanır? | dusunek.com
Və təəssüflər olsun ki, bu hadisələr məsçidin imamının gözünün qarşısında baş verir. Görsənən odur ki, son dönəmlərdə ölkəmizdə baş verən hadisələrdən o qənaətə gəlmək olur ki, cənub qonşumuz  ölkəmizdə “hüseynçilər”, “əhlibeyt məktəbi” adı altında öz siyasi maraqları üçün təxribat törətməkdə  maraqlıdır. Azərbaycanın 44 günə torpaqlarının işğaldan azad etməsi, iqtisadi inkişafı və ən əsas əminaman bir ölkə olması kimlərisə ciddi şəkildə narahat etməkdədir. Ümüd varıq ki, ölkəmizə, xalqımıza qarşı xəbis niyyətdə olanlar istəklərinə nail olmayacaqdır.
Tarixin ən şanlı 44 günü
Ümüd varıq ki, ölkəmizdə ikinci Nardaran hadisəsi təkrarlanmayacaq. Bu təxribatı törədən, öndə gedən bir-neçə şəxsin adlarını aşağıda qeyd edirik. Ümüd edirik ki, bu şəxslər etdikləri ciddi xətanı anlayıb bu əməllərə son qoyacaqlar. Əks halda bu qəsəbənin əhli-sünnət camaatı ölkə başçısına, aidiyyatı qurumlara şikayət ərzəsi ünvanlayacaqlar.


 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın