İş adamı Hacıbəy Zakatalski hakimə muraciət ünvanladı - Mən danışanda sizin niyə xoşnuza gəlmir?

22, 06, 22
12:00

İş adamı Hacıbəy Zakatalski hakimə muraciət ünvanladı - Mən danışanda sizin niyə xoşnuza gəlmir?


Zaqatala rayon Məhkəməsinin hakimi Şəxsən Tural Həsənova 

Hörmətli Tural müəllim!  

Mən danışanda Sizin acığınız tutur. Ona görə də sözlərimi yazılı şəkildə  təqdim edirəm. Mənə məxsus qoyun sürüsü dağdan düşəndə  heç bir yad qoyun sürüsü ona qarışmamışdır.  Mənim çobanım moşennik Cavadov Mükərrəm  Əsgər oğlu özünə bənzər iki nəfərin qoyunlarını mənim sürümə güya qatdığını bildirmişdi. Mənim qoyun sürüm  “Mağara” Şəxsi Kəndli ( Fermer)  Təsərrüfatına məxsus  qoyun sürüsüdür. 1990-ci ildən mən müxtəlif   həcmli  qoyun sürüsü saxlamışam.  Mənim qoyun sürüm otlayan dağda, aran çölündə heç  vaxt yad heyvanlar qarışmamışdır. Neçə ildir dağdan  düşəndə  qoyun payızlıq otlaq sahəsinin  Müğanlı meşə ərazisində yerləşir.  

Mən ora icarə haqqı ödəyirəm.  İcarə haqqını ödədədiyimotlaq sahəsinə yad qoyun sürüsü  heç vaxt girə bilməz. Şərəfsiz, oğru Mükərrəm 2017-ci ildə mənim  baş çobanım Rafiqlə bir yerdə 258 baş  mənim qoyun sürümü mənimsəmişdir. Düzdür mən onlardan  20000 pulumu aldım.  Prokuror Əli müəllim  12000 manatı fırlatdı , göz görə-görə  . Muğanlı çölündə  də, Meşəsində də  yad qoyunlar mənim sürümə qatışmamışdır.  3 ay Muğanlı çölündə otladıqdan sonra  qoyun sürümü qışlağa, Acınohur çölünə yola saldım.  Hər gün də qoyun sürümün yanında idim.  

Yol gedən də yad  heyvan qatışmamışdır.  Üç günə Acınohur çölünə çatanda , təzə gətirdiyim  Muxaxlı çoban  15 gün qoyun sürümü Acınohur çölündə otardı. Mükərrəmin əlindən bezdiyim üçün  qoyun sürümü satmaq fikrinə gəldim. Mükərrəm dağdan düşəndə  100 baş ana qoyunumu müxtəlif keçilərə  dəyişmişdir.  O mənim başıma açan oyunu hec cürə təsvir etmək mümkün deyil.  

Suvagildən Qədir adlı bir nəfərə qoyun sürümü satası oldum.  Mən artıq Mükərrəmi işdən  çıxarmışdım. Bir də Qədir mənə bildirdi ki,  Mükərrəm qoyun sürüsünün içərisinə daxil olub, bütün ana qoyunları ayırır.  

Özünə məxsus olduğunu demək istəyir. Mən Mükərrəmi çağırdım yanıma və dedim : Mükərrəm, sən altı ay əvvəl mənə dedin ki, sürüdə sənin bir dənə də olsa qoyunların yoxdur. Mən bütün sürümü satmışam, artıq işləmək istəmirəm.  Mən Mükərrəmə dedim, sən dəlisənsə, get başını daşa vur.  Mən qoyun sürümü Qədirə təhvil verib rayona qayıtdım.  Bir də Qədirdən zəng gəldi ki,  Mükərrəm yanındakı iki adamla  bütün ana qoyunu ayırıb, Zaqatalaya yola düşür.  Mən Qax rayon Polis şöbəsinə  getdim.  Qoyunlar yerləşən Acınohur çölü  Qax ərazisində yerləşdiyi üçün  bir neçə nəfər  polis əməkdaşı ilə Acınohir çölünə yollandım.  

Polislərlə qoyun sürümü dala  yatağa qaytardıq.  Mən Mükərrəmə dedim, sən  neynəyirsən.  Mükərrəm mənə bildirdi ki,  mənim oğlum adam bıcaqlayıb, mənə pul lazımdı.  Sən də qoyun sürünü satırsan, mən nə edəcəm. Mən də Mükərrəmə bildirdim ki, mənim qoyun sürümün sənə nə dəxli var. Mənə bildirdi ki, mən özümlə  gətirdiyim adamların qoyunlarını sizin sürüyə qatmışdım.  Mən Mükərrəmə bildirdim ki,  qoyunları saymışam, bir dənə də olsa artıq heyvan yoxdur, sən heç vaxt belə bir şey  etməmisən.  Məndən soruşmayıb, məndən xəbərsiz  niyə belə bir  şey etdiyini deyirsən mənə, sən havalanmısan.  

Sonradan öyrəndim ki,  mənim qoyunlarımı  komplektləşdirib üç nəfər bir yerdə mənimsəmək istəyirlər.  Mən onları Acınohur çölündən qovdum. Qax rayon Polis şöbəsinin Təhqiqat şöbəsində  istintaq başlandı.  İstintaq çox obyektiv keçirildi.  İki dəfə qoyun sürüyə gedib baxış keçirdilər. Mükərrəm yalandan mənim sürümdən  mənimsədikləri heyvanların saylarını hər dəfə  müxtəlif sayda dedi.   Yalanları üzə çıxdı.  Mükərrəmin altı ay qabağa  öz sürüsünü satdığı da üzə çıxdı.  Axırda işdə cinayət tərkibi olmadığına  görə  ay yarımdan sonra  cinayət işini  rədd etdilər.  Bir qədər sonra məni Zaqatala  Məhkəməsinə verdilər.  

Bu dəfə məhkəməyə mən veriləndə  üç nəfər arasında  komplektləşdirdikləri  qoyunların içində  keçilər də meydana çıxdı. İndi ana qoyunlar yox, keçilər, qoyunlar,  toxluyla qarışdırılıb hərəsinə 60 baş heyvan götürməyi niyət etdilər.  Bundan böyük sübut olarmı moşennikliyə. 

Qax rayon istintaqında  ancaq ana qoyun, Zaqatala məhkəməsində isə  müxtəlif keçi növləri ilə qarışıq üç nəfərə 60-60 baş  mənimsəmək istədilər. Artıq bu məhkəmədə tam sübut olunur ki,  bunlar moşenniklərdir. 

Həmin iki nəfərə Mükərrəm mənimsədiyi qoyunları onların adına da yazıb.  Mən həmin iki nəfəri heç vaxt görməmişəm, heç vaxt da tanımıram. Mənim qoyun sürümə də, onlar yaxın gəlməyiblər, onlarla heç bir əlaqəmiz də yoxdur.  Bu hamısı Mükərrəmin  uydurmalarıdır.  Bu iş heç məhkəmə icraatına  götürülmiyəsi işdir.  

Aranda otlaq  sahələrini , dağda otlaq  sahələrini icarəyə  götürürəm. Qoyunlar saxlanılan ferma mənim şəxsi fermamdır.  Belə olan halda yad qoyunların mənim sürümdə nə işi ola bilər. Mükərrəm yalan deyir, böhtan atır. Hətta iki nəfər gətirdiyi moşennik bazar günü işləyən  Aliabad bazarında keçilərin, qoyunların qiymətini də bilir. 

Hörmətli hakim. Siz hər şeyi yoluna qoya bilərsiniz. Qoyunlar, keçilər seçilə bilər , ancaq qulaqlarındakı “ən” vasitəsi ilə . Moşenniklərin buna da imkanları yoxdur.  

Ancaq böhtan və şərlə  mənim qoyun sürümü mənimsəmək istəyirlər. Qoyunların saylarına görə , müxtəlif saylara görə  bunların moşennikliyi tam sübuta yetirilir.  Qax rayon İstintaq şöbəsində aparılan  istintaqı rəhbər tutaraq işi yekunlaşdırmaq , Qax rayon İstintaq  idarəsində verilən qərarı olduğu kimi saxılamaq lazımdır. 

Hörmətlə ağsaqqal: Hacıbəy Zakatalski 

20 iyun 2022 ci il

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın