“Azərlotereya”dan misli görünməmiş hoqqabazlıq: dövlət qurumlarını qumarxanaya çevirib – FOTOLAR

15, 06, 22
12:00

“Azərlotereya”dan misli görünməmiş hoqqabazlıq: dövlət qurumlarını qumarxanaya çevirib – FOTOLAR


“Azərlotereya” ASC dövlətə məxsus qurumların müəssisələrini qumarxanaya çevirib.

"Azərbaycan Reallığı"
xəbər verir ki, bu barədə Busaat.az-ın redaksiyasına daxil olan şikayət məktubunda deyilir.

Qeyd olunur ki, “Azərlotereya” ASC-nin “Bakı Metropoliteni” QSC-nin bir neçə stansiyasında satış mərkəzlərini fəaliyyətə başlatması sərnişinlər tərəfindən etirazla qarşılanıb.
image-88c_0
Belə ki, bir müddət əvvəl metronun “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Xətai” metro stansiyalarının girişlərində lotereya satış nöqtələri açılıb. Bu isə sərnişinlər arasında birmənalı qarşılanmayıb. Sərnişinlər buna haqlı etirazlarını bildiriblər.

Stansiyalarda kitab satışını qadağan edən metro rəhbərliyinin qumar satışında nə marağı var?

Şikayət məktubunda qeyd edilir ki, “Bakı Metropoliteni” QSC-nin stansiyaların girişində kitab satışını qadağan etməsi ilə lotereya satışına icazə verməsi ziddiyyət təşkil edir.
image-8eede9d378e8af67ec6cf52144d4a942
İddialara görə, “Azərlotereya” ASC metro stansiyalarında lotereya satışını həyata keçirmək üçün “Bakı Metropoliteni” QSC-nin rəhbəri Zaur Hüseynova reklam xərci adı ilə külli miqdarda pul vəsaiti verib. Bunun müqabilində isə həm metro stansiyalarının çölündəki mühafizə zolaqlarında, həm də stansiyaların girişində bilet satışının həyata keçirilməsi üçün razılıq əldə olunub.
image-1648751130703
Bu isə həm metroların girişində, həm də stansiyaların həyətlərində insanların kütləvi toplaşmasına, basabasların yaranmasına, həm də dünyada hələ bitməyən koronavirus infeksiyasının yayılmasına səbəb olur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın