NED may ayında Azərbaycanda təcili qrantların maliyyələşdirilməsini elan edib

Manşet / Köşə
 13-05-2022, 16:30     669


National Endowment for Democracy Fondu Azərbaycan üçün 2022-ci il üzrə ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970 235 dollar təşkil edir. NED may ayında Azərbaycanda təcili qrantların maliyyələşdirilməsini də elan edib. Bu qrantlar isə qeyd edildiyi kimi etirazların təşkili üçün verilir. Bu Fondun Azərbaycan dövlətinə qarşı qərəzli mövqeyi vardır, çünkü (haqlı səbəblərdən) bu Fond Azərbaycandan qovulmuşdur. Hal-hazırda qrant ayrılması daha vacib olan sahələr varkən, ölkəmizdəki etirazların təşkili üçün bu Fondun qrant ayırması qərəzli mövqeyindən irəli gəlir. 

Bu etirazların təşkili isə ölkədəki 5-ci kalon nümayəndələrinin "vəzifə" borcu olmuşdur. Onlara verilmiş tapşırığa əsasən ölkədəki bir sıra ictimai fəallar, dağıdıcılar, radikallar planlar qurur, öncədən bir neçə ictimai fəalın "mənə hücum olundu" deməsi isə bu planlarının tərkib hissəsidir. Ətraflarında daha çox etirazçılar toplamaqdan ötrü, dövlət qurumlarını (əsasəndə DİN-i) hədəfə alır, özlərinin quraşdırdıqları böhtan və iftiralarla onların nüfuzuna, imicinə xələl gətirirlər. 

Sirr deyil ki, Azərbaycanda heç bir cinayətkar qruplaşma, dəstə mövcüd deyil, ona görə hər hansısa vətəndaşa hücum olunma etimalı demək olar ki, sıfıra bərabərdir. Hər hansısa vətəndaşa hücum olunanda, araşdırmalar zamanı əksər hallarda, hücum edən şəxslə, zərərçəkmiş şəxs arasında öncədən ədavətin olduğu müəyyənləşir. Nadir hallarda ola bilər ki, tamamiylə yad bir insan, təsadüfən seçdiyi hər hansısa bir şəxsə özünün maddi maraqları naminə hücum etsin, bu çox nadir hallarda və ancaq sutkanın qaranlıq vaxtlarında ola bilir, biz ölkə gündəmində olan xəbərlərdən də bu kimi xəbərlərlə tez-tez rastlaşmadığımızın şahidi oluruq. Bu kimi hallar daha çox xarici ölkələrdə baş verir, Azərbaycanda bu halın baş vermə etimalı sıfıra bərabərdir. 

Bəzi ictimai fəallar tərəfindən qrant almaq, qrantın məbləğinin artırılması və yaxud qranta həqiqətən layiq olduqlarını sübut etmək üçün Azərbaycanda ictimai asayışı pozmaq, icazəsiz aksiyalar təşkil etmək cəhdləri yolverilməzdir, qanunla da bu qadağandır. Bu işin təşkilatçılarını aksiyaya qədər və yaxud aksiya zamanı zərərsizləşdirmək Polisin vəzifə borcudur. Qanunsuz aksiya təşkil etmək də, həmin aksiyada iştirakçı olmaqda məsuliyyət yaradır, sağlam düşüncəli vətəndaş dərk edir ki, buna qətiyən yol vermək olmaz. Polisin vəzifə borcudur ki, aksiya zamanı ictimai asayışı qorusun və aksiyadan öncədə bu cinayətə cəhdin qarşısını alsın. Heç bir aksiya zamanı zəmanət yoxdur ki, (istər qanuni, istərsədə qanunsuz aksiyalar olsun), yaranan qarışıqlıq zamanı cinayət hadisəsi baş verməyəcək. O nöqtəyi nəzərdən qanunsuz aksiyaların qarşısını almaq, həmdə etimal olunan cinayətlərin qarşısını almaq deməkdir. 

Qanunsuz aksiyalar zamanı, aksiyaya heç bir aidiyyatı olmayan hər hansısa vətəndaşlar ciddi şəkildə sağlamlıqlarını və yaxud həyatlarını itirə bilərlər. Demokratik cəhətdən yanaşsaq, bu sağlamlıqlarını itirənlərin (həyatını itirən insanların isə yaxınlarının) daha çox birinci planda dövləti ittiham etmək hüquqları vardır, məhz qanunsuz aksiyanın qarşısını öncədən niyə "dövlət almayıb" sual verə bilərlər. Həmin vətəndaşların sağlamlıqlarına kimlər zərər vurmuş, həyatını itirənlərin həyatını itirməsinə kimlər səbəbkar olmuş, qanunsuz aksiyanı kimlər təşkil etmişdir məsələsi isə qalır ikinci planda. Ona görə doğru qərar verilərək, bütün etirazların keçirilməsi üçün ölkədə xüsusi təhlükəsiz yerlər ayrılmışdır. Heç bir demokratik, ağıllı dövlət şəhərin mərkəzində, dinc əhalinin istirahət etdiyi, gəzib dolaşdığı yerlərdə etirazçılara toplaşmaq üçün icazə vermir, buna razılıq, icazə vermək bir başa dinc əhalinin sağlamlığı, həyatı üçün təhlükələr yaratmaq deməkdir. Ona görə demokratiya, insan hüquqları dedikdə daha sağlam və obyektiv yanaşmaq lazımdır, məsələyə daha geniş prizmadan baxmaq lazımdır. Yoxsa kiminsə qanunsuz tələbi həyata keçmədikdə, qarşı tərəfi insan hüquqlarını pozmaqda ittiham etməsi doğru deyil. Düşünmək lazımdır ki, kiminsə qanunsuz əməli həyata keçmədikdə, minlərlə insanın hüquqları qorunmuş olur. 

Polis bu kimi aksiyalar zamanı təkcə ictimai asayışı qorumur, həmdə aksiya zamanı ciddi təhlükələrlə üz-üzə qalan vətəndaşların sağlamlıqlarını, həyatlarını qorumuş olur. Şəhərdə rahat gəzmək, istirahət etmək hüququ olan vətəndaşların, təhlükəsizliyini və sakitçiliyini təmin edir. Elə həssas insanlar vardır ki, onlara aidiyyatı olmayan qarışıqlıqlara, dava-dalaşlara küçədə şahid olarlarsa, böyük həyacan keçirirlər və sağlamlıqları ciddi təhlükələrlə üz-üzə qala bilir. Ona görə insanların sıx olduğu, gediş-gəlişin sıx olduğu yerlərdə etirazların keçirilməsi yolverilməzdir. 

Bakının mərkəzində keçirlən hansısa aksiya zamanı, aksiya iştirakçısı olmayan dinc əhali hansı qorxular keçirir, hansı təhlükələrlə üz-üzə qalmalı olur Salyanda, Yevlaxda yaşayanın bunu tam hiss etməsi, anlaması üçün obyektiv olması lazımdır. Həmin aksiyalar keçirilən zaman, ən azından həmin ərazidən məcburi gediş-gəliş edən vətəndaşların hansı qorxular keçirdiyini və təhlükələrlə üz-üzə qaldığını hiss etmək lazımdır. 

Buna görə birmənalı şəkildə söyləmək olar ki, Azərbaycan dövləti demokratik dəyərlərə sadiq dövlətdir, insan hüquqları (vətəndaşların hüquqları) çox həssaslıqla dövlət tərəfindən qorunur. 

Mircalal Mehdiyev
Lənkəran rayon Moğonojoba kənd sakini.

AZƏRBAYCANREALLIĞI.COM