"Pasiyentlərimin bəziləri eyni vaxtda 4-5 kişi ilə münasibətdə olur" - Psixoloq

29, 04, 22
11:00

"Pasiyentlərimin bəziləri eyni vaxtda 4-5 kişi ilə münasibətdə olur" - Psixoloq


“İnsan evliliyə addım atırsa, o, qınanmalı deyil, neçənci evliliyi olursa-olsun, bu alqışlanmalıdır”.

Bunu açıqlamasında psixoloq Gülnar Orucova deyib.

O, yaşı 50-ni keçən kişi və qadınların saysız-hesabsız evliliklərinə ictimai rəyin tənqidi münasibətini şərh edib.

Qeyd edək ki, bu ilin dekabrında 60 yaşı tamam olacaq türkiyəli müğənni Seda Sayanın 7-ci dəfə ailə qurması da sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və əksəriyyət bunu mənfi qarşılayıb. 

Gülnar Orucova mövzu ilə bağlı danışıb:

“İnsan onu gizli də yaşaya bilər. Sadəcə cəmiyyət belədir ki, gündə biri ilə münasibət quran, yaxud 3 aydan bir sevgili dəyişənə heç kim heç nə demir. Amma səkkizinci dəfə ailə quranda deyirlər ki, pozğundur.

Özləri sevgi görməyən, özlərini həyatda tapa bilməyən, yaşamaq istədiklərini yaşaya bilməyənlər həmin şəxsləri qınayır, qarğış edir. Halbuki hər kəs öz həyatı ilə maraqlanmalıdır. Birinə bir söz deməzdən əvvəl özünü düşünməlidir.

Müğənniləri, adətən, özgüvəni aşağı olan, şəxsiyyətində müəyyən problemlər olan kişilər sevir. Onlar başa düşmürlər ki, əslində, qadını pula görə sevirlər. Yaxud görürsən ki, yaşı 50-60 arası olan məmurlar hansısa müğənninin sevgilisidir. Onlar sənin qoca canına vurulmayıb. Maddi cəhətdən təmin olunduğu üçün yanındadır.

Azərbaycanla xarici məşhurların evliliyi arasında çox fərq var. Bizdə maddi cəhət ön plana çıxır, xaricdə bu belə deyil.

Alla Puqaçovanın bir sözünü çox bəyənirəm. O deyir ki, altı dəfə ailə qursam da, heç kimə xəyanət etməmişəm. O, başqasına vurulanda bunu ərinə deyib və yolunu ayırıb”.

Gülnar Orucova psixoloq təcrübəsini bölüşüb:

“Bəzi insanlar var ki, üçə qədər sevgilisi var və hamısını bir əldə tutmağa çalışır. Bu gün mənə elə pasientlər müraciət edir ki, eyni zamanda 5 kişi ilə münasibət yaşayır. Onlar evlənmək əvəzinə, cəmiyyətin qınağından qorxaraq belə yollara əl atırlar. 

Qadın xəyanət edəndə ipi boğazına keçirib suda boğurlar, amma ondan heç kim soruşmur ki, niyə xəyanət etdin”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın