Tanınmış jurnalist: "Şahbaz Quliyev, get işlə, özünü dolandır!"

02, 04, 22
14:00

Tanınmış jurnalist: "Şahbaz Quliyev, get işlə, özünü dolandır!"


7 il erməni əsirliyində olan Şahbaz Quliyevin keçirdiyi etiraz aksiyasını gördüm. Düzünü deyim ki, onu haqlı saymadım. Bizdə belə bir steriotip formalaşıb ki, insan bir az tanındısa ( hansı mövzuda olursa-olsun) onun bütün təminatını dövlət öz hesabına etməlidir. Deyir qazımı, işığımı kəsiblər. 

Blogerin ona ünvanladığı  “hansı evinizin” sualından yayınmağa çalışdı. Axırda “Prezidentin mənə bağışladığı evin” cavabını verdi. Sonra özü etiraf etdi ki, 1 il 3 aydır hospitalda müalicə olunur. Onun müalicə olunduğu yeri bilirəm, tam dövlət hesabınadır. 

Daha nə istəyirsən? Yəqin Şahbaz istəyir ki, bundan sonra heç bir əmək fəaliyyətilə məşğul olmadan ayda yaxşı paket alsın və bütün kommunal ödənişlərdən azad edilsin? Niyə, hansı fəaliyyətinə görə? Onsuz  da dövlət sənin azad edilməyin üçün milyonlarla vəsait xərcləyib, sağ-salamat ölkəyə qaytarıb. Bəyəm,  sən ora dövlət tapşırığına görə getmişdin? İndi get işlə , özünü dolandır da…

Adətən əsirlikdən qayıdanları öz ölkələrində həbs ediblər. Şahbaz papağını göyə atsın ki, dövlətin hər tərəfli humanizmi ilə əhatə olunur. Onların əsirlikdən sonra Dilqəm Əsgərovla bir-birinin ünvanına səsləndirdiyi ittihamlardan danışsam isə tam biabırçılıq olar. Adam elə danışır ki, sanki əli yalın Şuşanı fəth edən xüsusi  təyinatlı zaddır.

Məhəmmədəli Qəribli

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın