FHN-də Şəhid atasını qapıdan geri qaytarıblar - Şəhid atasından MÜRACİƏT

13, 02, 22
20:00

FHN-də Şəhid atasını qapıdan geri qaytarıblar - Şəhid atasından MÜRACİƏT


Salyan rayon sakini Hikmət Salahov Fövqəladə Hallar Nazirliyindən şikayətçidir. Vətən Müharibəsində bir övladını Şəhid verən, digər övladı isə Qazi olan Hikmət Salahov bildirir ki, oğlunun FHN-də işləməsi üçün əvvəlcə Salyanda müraciət edib, sonradan onu nazirliyə yönəldiblər.

"Nazirliyə getdim, məni elə qapıda qarşıladılar ki, istəyimi elektron formada onlara təqdim edib.

Dediklərini etsəm də, 3 aydır cavab yoxdur.

Biz Şəhid atalarını qapıdan yola salırlar, geri qaytarırlar. Amma mənim övladların namus yolunda, vətən yolunda savaşıblar".

Şəhid atası eyni zamanda rayonun deputatından da giley edib: "Hamısı yola verirlər, heç biri problemi həll etmir".

Daha ətraflı aşağıdakı videoda:
 


Yazıda adları çəkilən bütün qurum və şəxslərin mövqelərini dinləməyə hazırıq... 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın