“Etibar Əliyevə cavabım daha sərt olacaq” – Qarşıdurma

11, 02, 22
17:00

“Etibar Əliyevə cavabım daha sərt olacaq” – Qarşıdurma


Xəbər verdiyimiz kimi, Milli Məclisin daha bir deputatı jurnalisti təhqir edib. Belə ki, deputat Etibar Əliyev “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində ağır ifadələr işlədib. O, həmçinin “Xural TV”ni tövlə də adlandırıb.

"Azərbaycan Realığı" xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı jurnalist Əvəz Zeynallı ilə əlaqə saxlayıb. O, haqqında deyilən bu fikirlərə sərt cavab verib:

“Mən ona tək bir kəlmə ilə demişəm, çox cavablarım olub, təbii ki, bu gün də “Xural TV”də olacaq. Amma yüz minlərlə auditoriyası olan və milyonlarla xitab edən bir televiziyaya tövlə deyən adamın doğulub böyüdüyü məkanın özü tövlədir ki, o, belə deyir.

Onun evi tövlədir ki, o, həmin yüz minlərin ailəsinə və ailə bildiyi bir məkana tövlə deyir. Onun cavabı daha sərt olacaq və davam edəcəyik, İnşallah”, - deyə Ə. Zeynallı bildirib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın