SON DƏQİQƏ: Goranboy İcra Hakimiyyətinin qarşısında Qazi özünü yandırdı – VİDEO

10, 02, 22
10:00

SON DƏQİQƏ: Goranboy İcra Hakimiyyətinin qarşısında Qazi özünü yandırdı – VİDEO


Goranboy rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran 2-ci Qarabağ Müharibəsinin Qazisi Sərdar Həsənovun vəziyyəti ağırdır. 

Hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Məlumata görə, sosial məişət durumu acınacaqlı durumda olan 44 günlük Vətən Müharibəsinin iştirakçısı Qarabağ Qazisi, 1996-ci il təvəllüdlü Sərdar Rüstəm oğlu Həsənov yardım üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətinə İcra Hakimiyyətindən müsbət cavab ala bilməyən Qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırıb. Sərdar Həsənov yaxınlıqda olan vətəndaşların köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz digər məlumata görə, Qazinin vəziyyəti ağırdır.

Məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq… (KanalS.az)


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın