SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü - VİDEO

09, 02, 22
10:00

SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü - VİDEO


Fevralın 4-də Binə qəsəbəsində Nigar Rüstəmovanın (ad və soyad şərtidir) yaşadığı evdə öldüyü barədə məlumat yayılıb. 15 yaşlı (2006-cı il təvəllüdlü) qızın ev şəraitində doğuş zamanı öldüyü deyilir.

Baş Prokurorluq Nigar Rüstəmovanın 10 ay əvvəl 29 yaşlı Elvin Məmmədovla (ad və soyad şərtidir) ilə ailə həyatı qurduğunu bildirib. Məlumata görə, Nigar Rüstəmova yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halı pisləşib və o, komatoz vəziyyətə düşüb:

"3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilən Rüstəmova saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın və dölün meyitinə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib". Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparıldığı vurğulanıb.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın