Niyazi Bayramovun Prezidentə göstərdiyi yaşıllıq saxta çıxdı - FOTO və VİDEO

06, 02, 22
18:00

Niyazi Bayramovun Prezidentə göstərdiyi yaşıllıq saxta çıxdı - FOTO və VİDEO


Sosial şəbəkələrdə Prezidentin səfərindən sonra Gəncə şəhərində lentə alınan müəmmalı görüntülər paylaşılıb. Belə ki, paylaşılan video və fotolarda "Nizami" küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.


Paylaşılan görüntülər sosial şəbəkədə insanlar tərəfindən bir mənalı qarşılanmayıb. Sakinlər bildiriblər ki, Gəncə şəhərində bu kimi özbaşınalıqlar baş alıb gedir.
Elçin Axundzadə
Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

Hərbi-siyasi ekspert Elçin Axundzadə məsələ ilə bağlı açıqlaması zamanı bildirib ki, təəsüflər olsun ki, bəzi məmurlar Prezidentin yeni dövr üçün hazırlanmış strategiyasına cavab verə və dövr üçün nəzərdə tutulmuş keyfiyyətlərlə ayaqlaşa bilmirlər.

“Artıq məmurlar da bilməlidirlər ki, cəmiyyət məmurlara nəzarət edir, internet vasitəsilə insanlar öz narazılıqlarını bildirir, narazılıqlara əksər hallarda yüksək dövriyyədə reaksiya verilir.

Əminəm ki, cəmiyyətin təpkisindən sonra Gəncə icra hakimiyyəti mütləq şəkildə bu əcaib hala reaksiya verəcək. Belə halın olması Gəncə şəhər icra başçısına baş ucalığı gətirmir, əminəm ki, icra başşısı bu halda günahı olan məmuru cəzalandıracaq və məmur öz mənfi işi barədə açıqlama verəcək. Bu da digər məmurlara da dərs olacaq.
Gəncədə Prezidentin səfərindən sonra ağacları çıxarırlar
Təəssüflər olsun ki, belə mənfi halın baş verməsi, görülən müsbət işlərin üstündən xətt çəkdi”.

P.S. Qeyd edək ki, Gəncədə idarəetmə böhranı var və bu vəziyyət həm əvvəlki, həm də indiki İcra Hakimiyyəti başçısının dövründə ciddi problem olaraq gündəmdə olub. Nöqsanlar mətbuatda işıqlandırıldığı halda isə tədbir görmək əvəzinə şikayətçiləri çağırıb müxtəlif vasitələrlə onlara təkzib yazdırılır. Xüsusən də hazırkı icra başçısı Niyazi Bayramovun rəhbərliyi alrında belə “idarəetmə” texnologiyaları daha geniş istifadə olunur. Yəni “üzrü günahından betər”... (Bizimyol.info)


Leyla Mirzə 

AZƏRBAYCANREALLIĞI.COM



Bizimlə əlaqə saxlayın