Tanınmış müğənni onları ifşa etdi: “Əti aparırdılar öz yetimçələrinə“ - VİDEO

26, 01, 22
11:00

Tanınmış müğənni onları ifşa etdi: “Əti aparırdılar öz yetimçələrinə“ - VİDEO


Tanınmış müğənni Hiss (Röya Məmmədova) uşaqlığından, ağır həyat tərzindən danışıb.

Murad Arifin layihəsində qonaq olan ifaçı uşaq evində böyüdüyünü deyib:

“Uşaq evindən çıxan uğurlu gənclərimiz də var, təəssüf ki, intihar edənlər, pis yola, həbsə düşənlər daha çoxdur: Mən o qardaş-bacılarıma örnək ola bilərəm ki, yanınızda heç kim olmadan da istədiyiniz yerə gedib çıxa bilərsiniz. Özünüzə inanın. Sizə ailə lazım deyil.

Orada vəziyyət pisdir. Amma mən yaşadığım yer yaxşı idi. Uşaqların dünyagörüşünü inkaf etdirmirlər. Onlara maaş kimi baxırlar, gəldi, yedirtdi, getdi. Onlara əşya kimi baxırlar, gələcəyini düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Orada yüzlərlə uşaq var, necə tərbiyə etsinlər? Öz uşaqları kimi yanaşmırlar".

Hiss uşaq evində yaşayan uşaqların normal yemək görmədiyini iddia edib:

"Sən bir nəğməsən" yarışmasında olanda orada uşaq evindən olan uşaqlar var idi. Orada bizə yemək verirdilər. Başqa uşaqlar kotleti salfetə bükürdü, deyirdim, sən niyə elə edirsən? Deyirdi ki, qardaşıma aparıram. Qayıdanda maşında çıxarırdı, iyləyirdi, təzədən qoyurdu yerinə. İndi düşünürəm ki, ət görmürdü axı, yazıq neyləsin?! Uşaq evində qida, geyim çatışmazlıqları var idi. Aparırdılar öz yetimçələrinə - üzr istəyirəm, uşaqlarına. Bu hal bizdə də olub. İnsan kimi olanları da var idi, amma görməmiş müəllimlər də vardı. Sanki qışa azuqə yığırdılar”.

Sözügedən görüntülərə verilişin 38-ci dəqiqəsindən etibarən baxa bilərsiniz:


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın