Əliyevin etirazına Medvedevin cavabı necə olacaq? - Milonova xəbərdarlıq, yoxsa etinasız yanaşma...

08, 01, 22
11:07

Əliyevin etirazına Medvedevin cavabı necə olacaq? - Milonova xəbərdarlıq, yoxsa etinasız yanaşma...


"Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın hakim “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiyanın üzvü və Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib. Milonov dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümay etdirərək erməni separatçılarla görüşüb".

"Atlas" Araşdırmalar Mərkzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. 

Politoloq bildirib ki, Dmitri Medvedev partiya lideri kimi Vitali Milonova xəbərdarlıq etsə, deputat bu təxribatdan çəkinər:

"Dmitri Medvedev partiya lideri kimi bircə dəfə partiyasının üzvünə desə ki, “daha Qarabağa getmə, bu Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edir”, bu halda Viltali Milonov təxribatdan çəkinər, mandatını itirmək təhlükəsinə görə riskə getməz. Yox əgər Milonov növbəti dəfə də Qarabağa qanunsuz gələrsə, bu o demək olacaq ki, Dmitri Medvedev Azərbaycan prezidentinin etiraz məktubuna etinasız yanaşıb. Seçim
 Medvedevindir".

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın