“Dərisini soyun o direktorun!“ - Hüquq müdafiəçisi

07, 01, 22
21:00

“Dərisini soyun o direktorun!“ - Hüquq müdafiəçisi


“Son günlər gündəmi zəbt edən qlobal problemlərdən biri də direktorun uşağa bir şillə vurmasıdır. Dərisini soyun o direktorun! Axı o, şiddətli cinayət törədib”.

Bu sözləri hüquq müdafiəçisi Fatimə Hacıbəyli öz şəxsi “Facebook” hesabında yazıb:

“Mən şiddətə qarşı olan bir insanam. Lakin məkəbdə oxuduğumuz zaman guya müəllim bizi cəzalandırmayıb, ya bir dəfə də olsun şillə vurmayıb? Müəllim axı ikinci anadır. Guya analarımız bizə bir dəfə də olsa, şillə vurmayıb? Belə çıxır ki, əzizləyəndə yaxşıdır, əsəbləşib vuranda pis..."
Hüquq müdafiəçisinin sözlərinə görə, məktəblərdə dərəbəylik hökm sürür:

“Narkomaniya baş alib getdiyi dövrdə usaqlarin tərbiyəsi ilə məşğul olmaq asan deyil. Bəlkə də bəzilərinə sadə görünə bilər. Valideynlər evdə bir uşaqla bacara bilmirlər. Lakin müəllim hər gün 30 uşağı idarə etmək məcburiyyətindədir. Bir müəllim uşağın saçına söz demdi deyə, ona töhmət verildi... Oğlan uşaqları quş yuvasına oxşar başla gəzir, qızlar saçlarını saraldır, burunlarına halqa taxırlar. Müəllim yazıq neyləsin..."

F.Hacıbəyli qeyd edib ki, cəmiyyətimizdəki ziyalıları yetişdirən müəllimə qarşı bu qədər hörmətsiz yanaşılmamamlıdır:

“Düzdür, 27 illik iş təcrübəmdə heç vaxt bir şagirdə əl qaldırmamışam, ancaq bu o demək deyil ki, müəllimin əsəbləri rezindəndir!

Hansımızı müəllim döyməyib ki? İndi hamı keçib şantaja. Nə qədər ki, müəllim belə hörmətsiz tutulacaq, bu cəmiyyət məhv olub gedəcək. Onsuz da müəllim yetişdirdikləri bəzi məmurlar müəllimi hörmətdən salıblar. Çalışın müəllimlərin qədrini bilin!"

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın