Paşinyan Azərbaycanla sərhəddə olan zaman gözlənilməz hal kadrlara düşdü - VİDEO

03, 01, 22
19:30

Paşinyan Azərbaycanla sərhəddə olan zaman gözlənilməz hal kadrlara düşdü - VİDEO


Xəbər verildiyi kimi, dekabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanla birlikdə Azərbaycanla sərhəddəki mövqelərə baş çəkib və hərbçilərə həvəsləndirici hədiyyələr təqdim edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Hraparak” qəzeti “Paşinyan nədən qorxur?” başlıqlı məqaləsində yazdığına görə, Paşinyanın Yeni il ərəfəsində erməni hərbçilərlərə görüşünün video-görüntüləri yayıldıqdan sonra  internet istifadəçiləri baş nazirlə görüş zamanı hərbçilərin avtomat tüfənglərinin sandıqçalarının olmadığını, yəni gülləsiz olduğunu müşahidə ediblər.

“Keçmdə Ermənistan respublikasının birinci şəxslərinin hərbi mövqelərə səfərlərini əks etdirən video-çəkilişlərin müşahidəsi göstərir ki, sərhəd xidmətinin hərbi qulluqçularının hər zaman yanlarında sandıqçaları patronla dolu olan silahlar olub”- erməni nəşri belə yazır.

Görünür, Azərbaycanın 44 günlük savaşdakı böyük uğurlarından sonra Ermənistanın baş naziri öz hərbi qulluqçularından da ehtiyat edir...

Əlavə edilmiş videoda müvafiq kadrlar göstərilir. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın