SON DƏQİQƏ: Kəmaləddin Heydərov istefa ərizəsi yazdı

29, 12, 21
21:00

SON DƏQİQƏ: Kəmaləddin Heydərov istefa ərizəsi yazdı


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazdığı barədə yayılan məlumat tamamilə yalandır.
 
Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib.
Nazirlik rəsmisi deyib ki, bu məlumatların  heç bir əsası yoxdur:
 
“Nazirlik olaraq mətbuatı dövlət qurumları haqqında məlumat yayarkən diqqətli olmağa dəvət edirik”. 

10may.az saytının yazdığına görə, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra, Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb. Saytın iddiasına görə, FHN-in səlahiyyətlərinin ARDNŞ-ə və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb.

Kəmaləddin Heydərova gəldikdə isə onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi bildirilib. Nazir Kəmaləddin Heydərovun isə 3 ay öncə istefa ərizəsi yazdığı iddia olunur. Elə bu səbəbdən də onun “Gilan” holdinqdən imtina etdiyi də qeyd edilir. (Modern.az)

AZƏRBAYCANREALLIĞI.COM
 

Bizimlə əlaqə saxlayın