Jurnalistlər parlamentin önündə “Media” haqqında qanuna etiraz etdi – VİDEO

15, 12, 21
11:00

Jurnalistlər parlamentin önündə “Media” haqqında qanuna etiraz etdi – VİDEO


Bu gün bir qrup müstəqil media təmsilçiləri “Media” haqqında qanuna etiraz olaraq, Milli Məclisin qarşısında etiraz ediblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, qanuna etiraz edən jurnalistlər hesab edirlər ki, jurnalist dövlət qulluqçusu deyil, bu sərbəst məsləkdir və dövlət onun üçün bir kriteriya müəyyən edə bilməz”.

Xatırladaq ki, bu gün Azərbaycanda yeni hazırlanan “Media” haqqında qanun parlamentin müzakirəsinə təqdim olunub vǝ bu gün birinci oxunuşda qǝbul olunub.

İctimai müzakirələrdə bu layihənin hakimiyyətin nəzarətində olmayan internet mediasının da nəzarət altına alınmasına yönəldiyi bildirilir.
Bir çox mütəxəsislər bildirirlər ki, qanun layihəsinin fəlsəfəsində də ciddi problemli məsələlər var. Azad mətbuata inzibati metodlar həyata keçirilməsi yolverilməzdir


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın