Qış turizmi: Ərəblərin Azərbaycana yeni axını başlayıb

11, 12, 21
15:00

Qış turizmi: Ərəblərin Azərbaycana yeni axını başlayıb


Qarşıdan Yeni il bayramı gəlir. Amma 2 ildir ki, koronavirus pandemiyasına görə Azərbaycan da bir sıra digər dövlətlər kimi öz sərhədlərini bağlayıb. Turizm sahəsi böhranlı günlər yaşayır. 

Yeni ildə Azərbaycana daha çox hansı ölkələrdən turistlər gələcək?

Rezervasiyalar, artıq edilibmi?

“Omicron” ştammının Azərbaycanda yoxluğu turizmdə canlanma yarada bilərmi?

Turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə deyib ki, Yeni ildə xaricdən gələn azərbaycanlıların müəyyən artışını görmək olar:

“31 dekabr həm Yeni il, həm də Dünya Azərbaycanlıların Həmrəylik Günüdür. Bununla əlaqədar Bakıya xaricdən gələn azərbaycanlıların müəyyən artımı ola bilər, amma ən çox artım Rusiya hesabına olur. Habelə digər MDB ölkələrindən. Onlar dekabrın axırı və yanvarın əvvəlini ənənəvi olaraq xaricə səfər edirlər”.

Ekspert əlavə edib:

“Xidmət göstərəcəyimiz müştərilər, ilk növbədə, Rusiya bazarındandır. Çünki il boyu ən böyük üstünlüyü ruslar təşkil edir. Daha sonra qış turizmi ilə əlaqədar ərəb turistlərin sayı noyabrın 25-dən qismən artıb. Artıq Bakı-Ər-Riyad-Bakı reysi də fəaliyyət göstərir. Bu da müəyyən dərəcədə öz müsbət təsirini göstərir.

Cabir Dövlətzadə

Digər tərəfdən, “Omicron” ştammının Azərbaycanda yoxluğu müsbət haldır. Ona görə də, ölkəmizi daha sərfəli və daha təhlükəsiz hesab edərək müştərilər çoxala bilər. Yəni ümidimiz var ki, qış turizmində müəyyən bir inkişaf olacaq”.

Mütəxəssis onu da vurğulayıb ki, turizm sektoru pandemiya şərtlərinə uyğun olaraq fəaliyyət göstərir:

“Müştərilər onsuz da 2 vaksin və PCR testi olmadan ölkəyə daxil olmurlar. Bu da işə kömək edir. Amma əgər “Omicron” ştammı Azərbaycanda tapılmasa, təhlükəsiz bir yer olduğu üçün ölkəmiz turistlər üçün daha cəlbedici olacaq. Hazlrkı statistikaya görə, sağalanların sayı yoluxanların sayından çoxdur. Fikirləşir və ümid edirik ki, turizm sektoru tezliklə əvvəlki gücün bərap edəcək”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın