SON DƏQİQƏ: Toyların 250-300 nəfərin iştirakı ilə keçirilməsinə icazə verildi

10, 12, 21
16:40

SON DƏQİQƏ: Toyların 250-300 nəfərin iştirakı ilə keçirilməsinə icazə verildi


Toyların keçirilməsinə icazə verilsə də, məhdud sayda qonaq dəvət olunması ilə bağlı qadağa ilk gündən narazılıq doğurub. Qadağa üzündən toyu bir neçə dəfə təkrarlayan da var. Bu isə əlavə xərc və zaman itkisi deməkdir.  

Qeyd edək ki, bu məsələ son günlər yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə aparılan müzakirələrdən bu qənaətə gəlmək olar ki, vətəndaşların şikayəti nəzərə alınaraq toy iştirakçılarının sayının 150-dən 250-300-ə qaldırılması mümkündür.

Bu məlumatların əsası varmı? Toylarla bağlı məhdudiyyətlər yaxın günlərdə aradan qaldırıla bilər?

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Məlahət İbrahimqızı virusla bağlı durumun ciddi təhlilə ehtiyacı olduğunu qeyd edib:

Məlahət İbrahimqızı 

“Toylarda 150 nəfərin iştirakına icazə verilməsi o qədər də kiçik say deyil. Sözsüz ki, Azərbaycan xalqının min illik dəyərləri var və hər kəs istəyir ki, o dəyərlər çərçivəsində işini qursun. Lakin qlobal təhlükənin olduğunu görə-görə özümüzü riskə ata bilmərik.

Azərbaycanda pandemiyanın ilk günündən xüsusi proqram həyata keçirilib. Çalışırıq ki, vətəndaşlarımızı qlobal təhlükədən qoruyaq. Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar Azərbaycanı ən az itki verən ölkələr siyahısına daxil edib”

M.İbrahimqızı virusa qarşı mübarizənin asan olmadığını xatırladıb:

“Son 2 ildə həm “erməni virusu”na, həmdə koronavirusa qarşı mübarizə apardıq. 44 günlük Vətən müharibəsi və COVID-19-la mübarizə, ikisi də qlobal səviyyəli problem idi.

Artıq dünya ölkələrinin bir çoxunda koronavirus pandemiyasının beşinci dalğası başlayıb. Eyni zamanda, “Omicron” təhlükəsinə görə Almaniya, Avstriya, Skandinaviya ölkələri kimi səhiyyəsi güclü dövlətlər belə çox ciddi karantin qaydaları tətbiq ediblər.

Son olaraq qeyd edim ki, qarşıdakı aylarda virusla bağlı durum təhlil ediləcək və qərar veriləcək. Operativ Qərargah da istəyir ki, həyatımız əvvəlki axarına düşsün”.

Mehri QURBAN 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın