Daşkəsən də belə VİRAN QOYULUR - İDDİA

Daşkəsən rayonun Çanaqçı kəndində çayın məcarası dəyişdirilməklə balıq yetişdirilməsü üçün süni göllər yaradılıb.

Bu haqda kənd sakinləri göndərmiş olduğu şikayət ərizəsində qeyd edilib.

Belə ki, Çanaqçı bələdiyyəsinin sədri Vəliyev Eyvaz Nadir oğlu çayın məcarası dəyişdirilməklə bir neçə süni göllər, eləcə də çay yatağında qeyri-qanuni tikinti işləri aparmışdır.

Bu özbaşınalıq Azərbaycan torpaq qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması deməkdir.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bankında Daşkəsən rayonun Çanaqçı kəndində yaradılmış bu süni göllər barədə qeydiyyat da yoxdur.

Daşkəsən rayonun Çanaqçı kəndində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış olan bu süni göllərə icra başçısı Əhəd Abıyevin “krışalıq” etdiyi iddia edilir.

Həm də onu qeyd edək ki, ilin- günün bu vaxtı bələdiyyə sədri nə biçarədir ki, çayın məcarasını dəyişdirib və orada qeyri-qanuni tikinti işləri aparsın?

Süni balıq göllərinin yaradılması məqsədilə torpaq sahəsinin ayrılması üçün “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq, müvafiq rəyin verilməsi ilə bağlı (yerləşmə sxemi əlavə edilməklə) rayon (şəhər) icra hakimiyyətləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciət əsasında Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına yer quruluşu planı hazırlanaraq müvafiq rəy verilir. Verilmiş rəy əsasında rayon (şəhər) icra hakimiyyəti ilə icarəyə götürən arasında icarə müqaviləsi bağlanılır. İcarəçi tərəfindən təqdim edilmiş icarə müqaviləsi və müvafiq sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılır.

Sözügedən balıq gölləri əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında üzərində yaradıldığı qeyd edilir.

Daşkəsənli şikayətçilər həm də, qeyd edirlər ki, sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları da olublar. Amma nədənsə onların da icra başçısına gücləri yetməib.
Redaksiya olaraq inanırıq ki, çayın məcarasını dəyişdirilməsi eləcə də qanunsuz çay yatağında tikilən bu qanunsuz obyektlər tezlikə sökülərək qanuna müvafiq tədbirlər görüləcəkdir.

Redaksiya olaraq qarşı tərəfində söz haqqını tanıyırıq.
(Dünyanınsəsi.Az) 

AZƏRBAYCANREALLIĞI.COM
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

  • 17 yan, 16:00
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

  • 06 yan, 10:29
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

  • 05 yan, 18:00
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

  • 23 dek, 14:00
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar