Hikmət Hacıyev helikopter qəzasından danışdı

03, 12, 21
13:30

Hikmət Hacıyev helikopter qəzasından danışdı


Prezidentin köməkçisi Hikmət Hacıyev DSX-nin helikopterinin qəzaya uğramasından danışıb.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur. Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir.

"Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün travma ola bilər", - deyə o bildirib.

AZƏRBAYCANREALIĞI.COM

Bizimlə əlaqə saxlayın