"Əli İnsanov öz imzası ilə mənə 1000 avroya arayış satıb" - VİDEO

28, 11, 21
09:22

"Əli İnsanov öz imzası ilə mənə 1000 avroya arayış satıb" - VİDEO


Xaricdə mühacirətdə olan və söyüş müxalifətinin tanınmış simalarından sayılan Ruslan Cəlilov Əli Oğuzun verilişində iştirak edib.

"Azərbaycan Reallığı" 
xəbər verir ki, o, olduqca maraqlı faktlar açıqlayıb.

Ruslan Cəlilovun iddialarına görə, Haqq Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov Avropada siyasi sığınacaq alması üçün ona öz imzası ilə 1000 avro qarşılığında arayış verib. Maraqlısı budur ki, R.Cəlilov özü də bildirir ki, HƏP üzvü olmadığı halda, bu arayış ona necə verilib?!

İsa Sadıqov

O, həmçinin bildirib ki, Norveçdə mühacir həyatı yaşayan polkovnik İsa Sadıqov da ona pul müqabilində arayış satıb.

Xatırladaq ki, adıçəkilən şəxslər – Əli İnsanov və İsa Sadıqov hələ də bu iddialara münasibət bildirməyiblər.

Məsələ ilə bağlı Haqq Ədalət Partiyasının rəsmisi Zəlimxan Məmmədli ilə əlaqə saxlayıb. Z.Məmmədli mövzuya şərh verməkdən imtina edib. İttiham olunan şəxslərin hər birinin mövqeyini dərc etməyə hazırıq.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın