"Zabit Sabunçunun başçısından Pirezdentdə şikayet etdi: "Döyüşlərdə göstərdiyim şücaətin heç bir əhəmiyyəti yoxdur"

21, 11, 21
20:04

"Zabit Sabunçunun başçısından Pirezdentdə şikayet etdi: "Döyüşlərdə göstərdiyim şücaətin heç bir əhəmiyyəti yoxdur"


Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə 

Sürəti: AR 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya 

Sürəti: DTX rəisi cənab Əli Nağıyevə 

Sürəti: AR Baş Prokuroru cənab Kamran Əliyevə 

Sürəti: AR Baş Prokuror yanında korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova

Sürəti: AR Daxili İşlər Naziri cənab Vilayət Eyvazova 

                     ƏRİZƏ

Sizə bildirirəm ki, mən – ehtiyatda olan baş leytenant Xəlilzadə Asiman Mehman oğlu 2016 cu il aprel müharibəsi və 2020-ci il Vətən müharibəsi iştirakçısıyam. Cənab prezident  tərəfindən  “Şuşanın azad olunmasına görə”, “Döyüşdə  fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşam. 

1996-cu ildən ailəmlə birlikdə (atam Xəlilov Mehman, anam, qardaşım,bacım) Sabunçu rayonu 2-ci sahə ünvanında yaşayıram. Həyətyanı sahəmə aid torpaq və əmlak vergisini ödəyirəm, qaz, işıq, su, kanalizasiya xərclərini sayğaclaşmış qaydada öz adımıza olmaqla ödəyirik. 

2016 –cu ildən bir qrup dələduz bizə yaxın ərazidə olan dövlət torpaqlarını qanunsuz olaraq ələ keçirərək hasarladı və satmağa cəhd etdi. Heç bir sənəd və mülkiyyət hüququ olmadığı üçün bu planları yarımçıq qaldı. Buna baxmayaraq illərdi müxtəlif qanunsuz yollarla dövlətə məxsus hektarlarla torpaq sahəsini hasarlayaraq öz əllərində saxlaya bilirlər. Lakin müddət keçdikcə tamahları daha da qabaran bu şəxslər məni də evimdən çıxarıb mənim istifadəmdə olan 15 sot həyətyanı sahəni də digər torpaqlara qatmaq niyyətinə düşdülər. Bunun üçün Əhmədov İlkin adına müxtəlif saxta sənədlər hazırlayaraq  atamı polisə şikayət etdilər. 

12 avqust 2017 cu il tarixli, 2445 nömrəli materialı araşdıran kapitan Elməddin Köçəriliyev bizim 1996 dan orada yaşadığımızı müəyyən etmiş və cinayət işini rədd etmişdir. 

Daha sonra adıçəkilən qruplaşma məhkəməyə müraciət edərək bizi evimizdən çıxarmağa cəhd etdi. 4 ilə yaxın davam edən məhkəmə prosesində Apellyasiya məhkəməsi 10.06.2019 tarixli 2(103)6380,2019 nömrəli qərarı ilə torpaqdan bizim çıxarılmağımızın qarşısını aldı. Adıçəkilən şəxsin torpaq sahəsinə heç bir mülkiyyət hüququnun olmadığını bildirdi. Daha sonra Ali Məhkəmə 05.12.2019 tarixində 2(102)7661,2019 nömrəli qərarında Apellyasiya məhkəməsinin qərarını doğru hesab edərək qüvvədə saxladı. 

31.08.2021-ci il tarixində Sabunçu rayon İcra şöbəsi müvafiq işə  baxaraq icraata xitam vermişdir. 

İşə xitam verildikdən sonra yaşadığım acınacaqlı vəziyyəti və mənim döyüşlərdəki xidmətimi nəzərə alaraq bir neçə yardımsevər insan mənə daş, qum, sement  və s. tikinti materialları alaraq şəraitimi biraz yaxşılaşdırmağa çalışdılar. Belə ki, yaşadığım evə bir sanitar qovşağ, bir koridor və kiçik bir otaq əlavə etməyimə köməklik göstərdilər.

Bütün bunlara baxmayaraq Sabunçu rayon icra hakimi Adil Vəliyev və yerli ərazi nümayəndəsi Arif müəllim bildirir ki, məhkəmə qərarları onlara maraqlı deyil, mənim AR ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyim fəaliyyətin heç bir əhəmiyyəti yoxdur, cənab Ali Baş komandan İlham Əliyevin verdiyi medallar saxtadır və mənim normal insani şəraitdə yaşamağa heç bir hüququm yoxdur.

Şübhələnirəm ki, qarşı tərəfdən külli miqdarda rüşvət almaqla onların qanunsuz olaraq dövlət əmlakını mənimsəməsinə göz yuman Adil Vəliyev indi də məcburiyyətdən onlara can-başla yardım edir və ya xud da həmin şəxslər elə başçı Adil Vəliyevin öz adamlarıdır və həmin dövlət əmlaklarını məhz elə başçı mənimsəyib və məni də burdan didərgin salaraq həyətimə yiyələnib milyonlarına milyonlar qatmaq istəyir.

 
Məni polislə hədələyirlər,hər gün həyətimə qanunsuz olaraq basqın edirlər, əllərində heç bir sənəd olmadan həyətimə soxulurlar,evimə tikinti materiallarıma maddi, ailə üzvlərimə fiziki və psixoloji zərbə vururlar. Bu hərəkətləri ilə ölkə başçısının fəaliyyətinə kölgə salır, müaribə iştirakçıları ilə dövlət arasına narazılıq yaradırlar.

22.12.2021 ci il tarixindən  evimi polis və ağır texnikanın köməyi ilə dağıdacaqlarını bildiriblər. 

Sizdən xaiş edirəm ki, polisin qanunsuz fəaliyyətə cəlb olunmasının qarşısını alasınız, kasıb evimdə dinc yaşaya bilməyim üçün bu quldur dəstədən məni xilas edəsiniz, dövlət əmlakının talan olunmasının qarşısını alasınız. 

Tarix: 21.11.2021.   
 
İmza: e.o.baş leytnant: Asiman Xəlilzadə

Əlaqə nömrəsi: 055 849 10 34

AZƏRBAYCANREALLIĞI.COM


 

  

Bizimlə əlaqə saxlayın