Bakıda bu metro stansiyalara giriş bağlandı - işıqlar söndü (YENİ-2)

12, 07, 18
17:12

Bakıda bu metro stansiyalara giriş bağlandı - işıqlar söndü (YENİ-2)

Bakıda bu metro stansiyalara giriş bağlandı - işıqlar söndü (YENİ-2)


Bakıda işıqların sönməsinə görə, "Avtovağzal”-"Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün qatarların hərəkəti dayandırılıb. 

"Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a deyib ki, metronun yaşıl və qırmızı xətlər normal qaydada işləyir: "Bənövşəyi xətdə-"Avtovağzal”-"Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:10-dan etibarən stansiyaya giriş bağlanıb”.
B.Məmmədov deyib ki, tuneldə qatar qalmayıb:

"Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.

****
16:45
Bəxtiyar Məmmədov deyib ki, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığlndan Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin girişinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.

Bizimlə əlaqə saxlayın