Yüzlərlə Erməni "rədd ol, Paşinyan" şuarı ilə paytaxt İravana axışdı: Ermənistan təlaş içində - VİDEO

17, 11, 21
10:30

Yüzlərlə Erməni "rədd ol, Paşinyan" şuarı ilə paytaxt İravana axışdı: Ermənistan təlaş içində - VİDEO


Ermənistanın paytaxtı İrəvanda Respublika Meydanına toplaşan 500-ə yaxın vətəndaş Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

“Azərbaycan Reallığı" Ermənistan mətbuatına istinadən xəbər verir ki, əraziyə çox sayda hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Etirazçılardan biri etiraz əlaməti olaraq paltosunu yandıraraq, hökumət binası istiqamətinə atıb. Buna görə də polis onu həbs edib. 

“Newspress.am” saytının təsisçisi-direktoru Ariana Hovsepyan özünün Feysbukdakı canlı yayımında insanların sayının artdığını, lakin bu rəqəmin hakimiyyəti qovmaq üçün çox az olduğunu bildirib.

O, özünü erməni hesab edən, ölkənin və övladlarının gələcəyindən narahat olan hər kəsi onlara qoşulmağa çağırıb. “Meydana gəlin, getməyəcəyik”, - deyə çağırış edib.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın