SON DƏQİQƏ: Baş Prokurorluq "Emil 444" bağlı məlumat yaydı - Təqsirləndirilən şəxs-Zaur Yusifovun cəzalandırılması üçün protest verilib

12, 11, 21
09:30

SON DƏQİQƏ: Baş Prokurorluq "Emil 444" bağlı məlumat yaydı - Təqsirləndirilən şəxs-Zaur Yusifovun cəzalandırılması üçün protest verilib


Bir neçə gündür saytmızın ictmailəşdirdiyi Emil Səfərov (Emin 444) məsələsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti bu gün məlumat yayıb, Məlumatda deyilir: 

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri- Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılmışdır. Bildiririk ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 08 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs-Zaur Yusifova Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, digər təqsirləndirilən şəxs- Həsən Tağıyev isə CM-in 120.2.4 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. 

Emin Səfərov

Məhrum Emin Səfərovun qəsdən və amansizcasına öldürülməsi ilə bağlı cinayət işində onun anası Məlahət Səfərova zərərçekmiş kimi tanınıb hal-hazırda Məlahət Səfərovanın huquqların Etibarnamə ilə müdafiə edən Mübariz Məsimoğlu "Azərbaycan Reallığı" saytına Baş Prokurorluğun Emil Səfərovla bağlı yaydığı məlumata cavab münasibəti bildirib 

 Mərhum "Emin 444"- ün anası Məlahət Səfəroun fəryadı eşidilmək ərəfəsindədir...

Məlahət Səfəroun

Mərhum Emin 444- ün anası Məlahət xanımın fəryadı deyəsən dövlət otqanları tərəfindən eşidilməyə başlayıb. Bu gün Baş prokurorluğun mətbuat xidməti aparılan cinayət işi ilə bağlı rəsmi məlumat yayıb. Həmin məlumatda bəyan edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü işin faktiki hallarına və cinayət qanununun normalarına uyğun çıxarılmayıb. Bu səbəbdən prokuror həmin hökmdən Apelyasiya şikayəti verilib. Bu çox yaxşı haldı. Heç bir cinayət cəzasız qalmamalıdır...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın