“Ləzzət” İstirahət Məkanının sahibi ölkə başçsı və nazirlərə muraciət etdi: "Rüşvətxorluqdan artıq cana doymuşam" - TAM MƏTİN

11, 11, 21
12:00

“Ləzzət” İstirahət Məkanının sahibi ölkə başçsı və nazirlərə muraciət etdi: "Rüşvətxorluqdan artıq cana doymuşam" - TAM MƏTİN



Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə 

Surəti: Azərbaycan  Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri  cənab Muxtar Babayevə                           
                                                                   
Surəti: Azərbaycan  Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə 
                                                              
Surəti: Azərbaycan  Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova 
                                                                  
Zaqatala rayonu Car kəndində yaşayan, sahibkar, ağsaqqal  Hacıbəy İsak oğlu Zakatalski tərəfindən 
                                                 
               M Ü R A C İ Ə T 

Hörmətli Prezident ! Hörmətli Nazirlər! 

Mən bu müraciəti  Sizə ünvanlamaqda  vicdan əzabı çıkirəm.  Mənim 74 yaşım var. Dövlət məmurlarının qeyrətsizliyi, oğraşlığı üzündən , rüşvətxorluqdan cana doymuşam.  Bir dövlət məmuru yoxdur ki, Sizin televiziyada və  sosial şəbəkələrdə  olan çıxışınızı eşidərək  ibrət dəsri götürsün.  Elə özlərini aparırlar ki,  elə bil Azərbaycan dövləti mövcud deyil.  Dövlət məmurlarına mənim 100 yaxın  müraciətim olub.  Elə məmurlar var ki,  yazdığım müraciəti veclərinə almırlar, hətta cavab da vermirlər. Ekologiya və Təbii Sərvətlər Naziri təzə vəzifəyə gələndə qəbuluna getdim.Bildirdim ki,  axır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi  öz sahibini tapdı.  

 Hacıbəy Zakatalski

Deməli mən səhv etmişəm.  Sağ yumurtanı, lax yumurtaya dəyişmişəm.  18 ildir  34 il fəaliyyət göstərən “Ləzzət” İstirahət Məkanı və Qəbizdərə “Şəlalə” İstirahət məkanına mənimlə icarə müqaviləsi bağlamırlar. Nəyə görə, nə üçün, nə məqsədə əsaslanaraq bağlamırlar, bilmirəm.  Bizə icarə müqaviləsi lazım deyil. Biz qanuna uyğun  icarə müqaviləsi olmasa da fəaliyyət göstəririk.  Ay bədbəxt Ekologiya və Təbii Sərvətlər Naziri icarə müqaviləsi sənə lazımdır, müqavilə xərcini dövlətə sən keçirməlisən. Mən vaxtı-vaxtında  icarə müqaviləsini müqavilə bağlanan dövrlərdə keçirmişəm. Deyə bilmərəm sənin rəhbərik etdiyin Ekologiya və Təbii Sərvətlər Nazirliyində  sənə gələn məktublar , bəlkə də sənə çatmır.

Əgər məktublar sənə çatmırsa, deməli təqsir səndədir. Bu yaxınlarda AR İnzibati Məhkəməsinə müraciət edərək iddia qaldırdım. Mənə yazıb bildirdilər ki,  biz sizin ünvanınıza məktub yazaraq  sizə bildirmişik ki, hansı tarixdə və saat neçədə  məhkəmə olacaq, siz gəlməmisiniz. Ay qeyrətsizlər, məhkəmədə iddainı mən qaldrmışam ,deyirsiz ki, məhkəməyə mən gəlməmişəm  ,İddianı mən qaldırb, özümdə məhkəməyə gəlməyib oturarammı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  məhkəməyə  iki nəfər nümayəndə gəlib, dünyanın ən alçaq kəlmələri ilə çıxış edərək  bildiriblər ki,  “Ləzzət” İstirahət məkanı və “Şəlalə” istrahət məkanı  meşə örtüyü altındadır. Biz oranı icarəyə verə bilmərik.Ay həmədan eşşəkləri ,“Ləzzət” İstirahət məkanın 34 yaşı var.Beynəlxalq Turizm obyektidir. Qəbizdərə “Şəlalə” istrahət məkanın 30 yaşı vardır. Siz deyin, bu qədər vaxt fəaliyyət göstərən istirahət məkanı meşə örtüyü altında olan bilərmi?  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşunası əraziyə baxış keçirərək bildirmişdir ki, bu əraziləri icarəyə vermək lazımdır. Ərazidə 2.5 ha sahədə böyük fındıq, kivi, alma, qoz, şabalıd bağları vardır. Bu bağlar salınan 30 ildir. Sanki cənnət bağlarıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Deportamentinin  bizə qarşı  çox alçaq niyyəti vardır.  Bəzən elə şeylər yazırlar, insan olan şəxs əlinə qələm alıb belə yazılar yazmaz. Biz bilmək istəyirik, yenə yazıram : nə üçün, nəyə görə, nə məqsədə görə ?. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin idarəsi  cürbəcür bəhanələrlə 17 ildir bizimlə icarə müqaviləsi bağlamır. Biz Azərbaycan dövlətində yaşamırıqmı ? Bu yaxınlarda Azərbaycan İnzibati Məhkəməsinin xətti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciıt etdik.  Bakı Apellyasiya Məhkəməsində iştirak etmək üçün mən ağsaqqal, əlil insan getdim Bakı Apellyasiya Məhkəməsinə . Məhkəmənin hakimi Hüseynov Azər Soltanhəmid oğlu  heç mənimlə görüşmədən, mənə bir kağız göndərərək bildirdi ki, sənin iştirak etməyin lazım deyil.

Sənin müraciətini biz rədd etmişik. Mən telefonda soruşdum, nəyə görə, nə məqsədə əsasən. Mənə bildirdi ki, mən qərar vermişəm, sənin apellyasiya şikayətini olduğu kimi saxlayaq, mən dedim nəyə görə, onda mənə arayış ver. Savadsız, qeyrətsiz oğlu utanmadan dövlət qanunlarını kobud surətdə pozaraq mənə bildirdi ki, sənin müraciətin mənasız müraciətdir. Ona görə də olduğu kimi saxlayırıq. belə həmədan eşşəyi hakimə nə demək olar. Sonra da Azırbaycan Respublikası adından bizə qərardad göndərdi.  Sən əgər məhkəməni aparmamısansa necə qərardad göndərə bilərsən. Bunlar belə vəhşidirlər. Meşələrin Xidməti İdarəsi nə vaxt bu oğraşlıqdan əl çəkəcək, 34 il fəaliyyət göstərən “Ləzzət” İstirahət Məkanı və Qəbizdərə “Şəlalə” İstirahət Güşəsi bu alçaqların əlindən  nə zaman canını qurtaracaq. Yenə deyirəm, sözümün də ağasıyam. Bizə Sizin icarə müqaviləniz  lazım deyil. Biz qanuna uyğun fəaliyyət göstəririk, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  bizə qarşı etdiyi hərəkət tam cinayətdir. Biz sadaladığımız ünvanlara 10-15 dəfə məktub yazmışıq, heç biri layiqli cavab verməyib.Əgər Prezident Aparatı bizə cavab vermirsə, demək olar onda bizim hər yerdən ümidimiz üzüldü.  

Hörmətlə ağsaqqal sahibkar: Hacıbəy İsak oğlu Zakatalski

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın