“Sipark” şirkətinin qurbanları ayağa qalxdı – Aksiyadan VİDEO

06, 11, 21
12:00

“Sipark” şirkətinin qurbanları ayağa qalxdı – Aksiyadan VİDEO


Paytaxtın Nərimanov rayon icra hakimiyyəti qarşısında “Sipark” tikinti şirkətindən narazı olan sakinlər aksiya keçirir.

Hadisə yerində olan əməkdaşın verdiyi məlumata görə, tikinti firması tərəfindən uzun müddətdir aldadılan və mənzillərlə təmin olunmayan sakinlər Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevlə görüş tələb edirlər.

Sakinlər deyirlər ki, icra başçısı onları qəbul etməsə, Prezident Administrasiyasına yürüş edəcəklər. Şikayətçilər aksiyada bildiriblər ki, “Sipark” şəhərin Təbriz küçəsində çoxmənzilli bina tikir, amma illərdir inşaat yekunlaşmır, evlərini təhvil vermirlər.


Aksiyadan görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın