Hava şəraiti dəyişir - XƏBƏRDARLIQ

03, 11, 21
19:30

Hava şəraiti dəyişir - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Xidmətdən bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın