Vətəndaş Laura MTK etiraz olaraq özünü 17-ci mərtəbədən atmaq istədi. Polislər intihar cəhdinin qarşısını aldı - VİDEO və FOTOLAR

23, 10, 21
09:00

Vətəndaş Laura MTK etiraz olaraq özünü 17-ci mərtəbədən atmaq istədi. Polislər intihar cəhdinin qarşısını aldı - VİDEO və FOTOLAR


 Laura MTK şirkəti vətəndaşı ölüm həddinə çatdırıb. Baxşəliyev R.İ kimdir? 

Vətəndaş özünü 17-ci mərtəbədən atmaq istədi, polislər intihar cəhdinin qarşısını aldı. 

"Mən bezmişəm, zülmlə qazanıb ev almışam, nə qaz var, nə işıq, lift də işləmir. yollar bərbad gündə, zibilin içində yaşayırıq. Şirkətin səlahiyyətli nümayəndəsinə deyirəm ki, məni intihar həddinə çatdırmısız, özümü öldürəcəm, deyir, get öldür" 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu sözləri Laura MTK şirkətindən ev almış vətəndaş Quliyeva Xalidə deyib. 

Xanım şikayətçi bildirib ki, müraciət etmədiyi qurum qalmayıb, amma onun şikayətinə baxan yoxdur. Baxşəliyev R.İ adlı şirkət rəhbəri özünü gizlədir, sakinlərin qarşısına çıxmır. Hər kəs şikayətçidir. Evlərin qapılarını özləri qoyublar, amma pullarını əksik alıblar. İşığı özləri çəkdiriblər. 7 ildir ki, bu bina tikilib, amma hələ də vətəndaşların təhlükəsizliyi təmin edilmir, kammunal xidmətlər çəkilmir.

"Azərbaycan Reallığı" olaraq bu məsələni nəzarətdə saxlayırıq. Qarşı tərəfin mövqeyin tanıyırıq.

Daha ətraflı aşağıdakı video-reportajlardan izləyə bilərsiz.


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın