Alı Qocayev Samuxda BU OYUNLARDAN ÇIXIR - İTTİHAM

14, 10, 21
13:30

Alı Qocayev Samuxda BU OYUNLARDAN ÇIXIR - İTTİHAM


Bu yaxınlarda aktualxeber.az saytında “Oqtay Əsədovun qudasından qeyri-etik hərəkət” və “Alı Qocayev gərgin durumda” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Samux rayonunun icra başçısı Alı Qocayevin qanunsuz yolla qazandığı pullarla özünə ölkəmizdə və xaricdə böyük biznes qurmasından, redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Əsgərova Almaz İsa qızının 14 ildir ki, ona verdiyi 20.000 manat pulu ala bilməməsindən bəhs etmişdik. Redaksiyamıza Alı Qocayevin daha bir qalmaqallı addımı ilə bağlı yeni məlumatlar daxil olub. Aktulaxeber.az-ı məlumatlandıran mənbənin iddiasına görə, icra başçısı Alı Qocayev vəzifə səlahiyyətlərindən istifadə edərək ali təhsili olmayan Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki Körpələr evi-uşaq bağçasına müdirə təyin edib. Ancaq Alı Ocayevin bu təyinatı Əhmədbəyli kənd sakinləri arasında birmənalı qarşılanmayıb. Hələ bu azmış kimi İcra başçısı sanki kənd sakinlərinin acığına Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd Musiqi məktəbinə direktor təyin edib.

Alı Qocayevin bu ailəyə olan gözlənilməz diqqət və qayğısı bununla da yekunlaşmayıb. O, 2 ildir ki, Əhmədbəyli kəndində müdirəlik edən Şəms xanımı DİM-in imtahanından kənar şəkildə birdən-birə Gəncə Dövlət Universitetinə də qəbul etdirib. Mənbə onu da iddia edir ki, Şəms Məmmədbəyova guya 2011-ci ildə Gəncə Musiqi Texnikumunu bitirib. Çünki o, BB-118511 saylı saxta diplomu qanunsuz yolla əldə edib. Ən maraqlı və diqqətçəkən məqamlardan bir də ondan ibarətdir ki, qısa zaman kəsiyində Şəms Məmmədbəyova Körpələr evi-uşaq bağçasından aldığı maaşı qəpik-qəpik toplayaraq qiyməti 100.000 manat civarında olan “Nissan”(“Cip” tipli) avtomobil də ala bilib. 20- EF- 533 dövlət nömrə nişanlı bu “ağ ceyran”ı nə Samux polisi, nə də ki, ətraf rayonların Yol Paturul Xidmətinin əməkdaşları saxlaya bilir. Hətta 44 günlük müharibə zamanı Gəncəyə raket düşəndə evləri yararsız hala düşən Ş.Məmmədbəyova birdən-birə Gülüstan qəsəbəsində, məhz icra başçısı Alı Qocayevin qonşuluğunda qiyməti yüz minlərlə ölçülən villaya da sahiblənib. Bu sehirli xanımın qısa zaman kəsiyində geniş maliyyə imkanlarına sahiblənməsi və əldə etdiyi “uğurlar” istər-istəməz ciddi suallar doğurur. Əhmədbəyli sakinləri deyir ki, bəlkə Alı Qocayev bu haqda bir açıqlama versin, biz də sakitcə oturaq yerimizdə. Samuxdakı mənbəmiz onu da deyir ki, Şəms Məmmədbəyova ürəyi istədiyi vaxt Alı Qocayevin qəbuluna düşə bilir. Lap orada yüzlərlə adam gözləsə belə… Görəsən, Şəms xanım bu təhsillə, bu yaşam tərzi ilə Əhmədbəyli kəndindəki körpələr üçün rəhbərlik etdiyi uşaq bağçasında elementar təlim-tərbiyə təşkil edə bilirmi? Daha bir ilginc iddia:

Samuxdakı mənbə deyir ki, Şəms Məmmədbəyovanın anası Sərkar kənd Musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova da saxta diplomla işləyir.O, 2007-ci ildə Gəncə şəhərində yerləşən Müəllimlər institutundan AKQ 087826 saylı saxta diplom əldə edib. Səadət Məmmədbəyovanın həmin sənəddən istifadə edərək, adları məktəbdə gedən, amma faktiki olaraq işləmiəyən şəxslərin adına əmək haqqı yazır, uşaqların sayını artırmaqla əlavə sinif açır.Bununla da külli miqdarda dövlət vəsaitini mənimsəyir. Sakinlər deyir ki, icra başçısı yenə də qudası Oqtay Əsədova arxayın olaraq qanunsuz əməllərinə davam etməkdədir. Ümidvarıq ki, bizim bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbirlər görərək günahkarları cəzalandıracaqlar.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. (aktualxeber.az) 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın