Mübariz Məsimoğlundan Anar Məmmədova cavab: Adam Sənin santajın çox primitivdir!

14, 10, 21
10:00

Mübariz Məsimoğlundan Anar Məmmədova cavab: Adam Sənin santajın çox primitivdir!



ADAM...

Adam, özünü jurnalist hesab edən Anar Məmmədov o gün FB səhifəmdə barəsində paylaşdığım yazıya guya cavab verib. Bu savadsız zad görün nə yazır." Üç əvvəl daxilinə nüfuz etdirdiyim zorba bıçaqlanmış, bacısı tərəfindən həbs etdirilmiş Mübariz Məsimoğlunu hələ də incidir. Moşunun qızının sifarişilə yazı yazıb." Nə incidir? Cümlənin mübtədası yoxdur. Göründüyü kimi, adam Azərbaycan dilində fikrini doğru, düzgün yaza bilmir. Dilin qrammatik qanunlarından tam bixəbərdir.Onun kimliyini, mahiyyətini, səviyəsini anlamaq üçün bu cümlə bəsdir. Və mən indi bunu necə başa salım ki, adam sən səhv yoldasan. Sənin santajın çox primitivdir.  Belə yerdə Mövlanə çox gözəl demiş:

Mübariz Məsimoğlu

"Bir dəlillə 40 arifi susdurdum, 40 dəlillə bir nadanı başa sala bilmədim". Adam, mən sənin atandan, anandan yazmamışam, axı. Yazmışam ki, sən Azərbaycanın əsl bir ziyalı ailəsinə bohtan atırsan. Cəmiyyəti çaşdırırsan. İnanmırsan, get Qazaxın bu başından gir o başına kimi adamlardan soruş, gör, Moşu dayı kim olub? Ən azı hər beş nəfərdən biri o kişinin böyük ziyalı olmasını sənə başa salacaq. Onun balalarının hansı səviyyədə  nüfuza malik olmalarını sənə anladacaq. Sonra öz rayonunuzda  öz ailən barədə soruş. Aldığın nəticəni müqayisə elə. Görəcəksən ki, o nüfuzun yanında bu nüfuz sıfırdı. Bu səbəbdən mən yazdığım yazıda sənin "məni tutdurdular" tipli vay- şüvənliyinin mahiyətini açmışam. Millət elə bilir ki, sən jurnalistsən. Amma mən demişəm ki, sən heç jurnalistikanın əlifbasını belə bilmirsən. 

Anar Məmmədov

Bilirsənmi, jurnalıst kimə deyirlər? Yox, haradan biləsən. 1. Jurnalist ictimai, siyasi, elmi və sair əhəmiyyəti olan  xəbərlərii tərəfsiz olaraq cımiyyətə ötürməyi bacarmalıdı. 2. Jurnalist topladığı xəbərləri təhlil etmə qabiliyyətinə malik olmalıdlr. 3. Jurnalıst baş verən hadisələrin səbəb nəticə, nəticə səbəb və sair əlaqələrini araşdıraraq gələcəkdə baş verə biləcək hadisələrin ehtimalını proqnozlaşdırmalıdır. Bu üç keyfiyyətin heç biri səndə yoxdur. Sən və sənin tipli adamlar jurnalistikamızın evini yıxıb. Xəbəri, sözü, efrin, qəzetin dilini məişət sviyyəsinə endirib. Küçə ritorikasını ( danışıq tərzini) evlərə soxub. Təəssüflər olsun ki, sayınız olduqca çoxdur. Və bu millət üçün Qarabağ faciəsindən də ağır müsibətdir. Millətə, cəmiyyətə vurduğunuz ziyanın fərqində belə deyilsiniz. 

 Məlahət Qurbanova

Dilinizin lüğət tərkibində uzağı 300 söz var. Və sən səviyyədə olan adamlar da sənə züy tutaraq guya jurnalisti müdafiə edirlər. Nə qədər ki, gec deyil, get oxu, savadını artır, səhvlərindən nəticə çıxart. Sənin inadın bir cahil inadıdır. Tam səmimi sözümdü. Yoxdu bu yolun axırı. Mən sənin səhifəndə bir dənə də olsun ictimai, siyasi, elmi, fəlsəfi yükü olan bir xəbərə rast gəlməmişəm. Nə yazmısansa məişət səviyyəsində yazmısan. Dedi - qodudan başqa bir xəbər yoxdu yazdıqlarının arasında. Heç kimin sənlə işi yoxdu. Əksinə, sən özün yetınə yetirsın, yetməyənə bir daş atırsan. Atdığın daşlar da çox pirimitivdi. Nə qədər ki, gec deyil qəflət yuxusundan ayıl, adam. Adam ol, adam.

Mübariz Məsimoğlu


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın