SON DƏQİQƏ: DTX xüsusi ƏMƏLİYYAT keçirdi “Riyad” Şirkətlər Qrupunun rəhbəri qandallandı - FOTO

14, 10, 21
09:00

SON DƏQİQƏ: DTX xüsusi ƏMƏLİYYAT keçirdi “Riyad” Şirkətlər Qrupunun rəhbəri qandallandı - FOTO


Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində, uzun illərdi adı nəinki ölkə mətbuatında, hətta xarici media vasitələrində də yaxşı yöndən hallanmayan “Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri – İlham Məmmədov həbs edilib.

"Azərbaycan Reallığı" bildirilir ki, İlham Məmmədov bu nüfuzlu biznes qurumunda özünü ən təhlükəli kreslo sahibi kimi tanıdıb. 

Məhz bu səbəbdəndir ki, burada baş verən bütün qalmaqallı hadisələrin, insanlara qarşı törədilən xoşagəlməz hücum metodlarının və qanun çərçivəsinə sığmayan digər çoxsaylı bağışlanmaz hərəkətlərin, habelə sahibkarlara qarşı törədilən dələduz əməllərin müəllifi olaraq da, onun adı başda çəkilib.

Məlumata görə, həbs olunan İlham Məmmədov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. Məlumatda xüsusi olaraq o da vurğulanır ki, istintaqa dəvət olunan şəxslərə İlham Məmmədovun pulla gətirdiyi xarici kriminal şəxslər barədə suallar verilir, cavablar toplanır.

Mövzu diqqətimizdədir və istintaqın gedişi ilə bağlı ətraflı məlumatlar dəyərli oxucularımıza və ictimayətə təqdim ediləcək.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın