İlham Əliyev Talibanla bağlı sualı cavabladı


“Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq”. 

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə jurnalistin “Gəlin, Əfqanıstan haqqında danışaq. Siz Taliban hökumətini tanımağa hazırsınızmı? sualına cavab olaraq deyib. 

Dövlət başçısı bildirib ki, Azərbaycanın Əfqanıstanda mövcudluğu orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb: “Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik. Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq”.

AZƏRBAYCANREALLIĞI.COM
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

  • 13 okt, 22:00
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham
Lalə Azərtaş yeni verilişlə geri döndü

Lalə Azərtaş yeni verilişlə geri döndü

  • 11 okt, 22:00
Lalə Azərtaş yeni verilişlə geri döndü 
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

  • 30 sen, 21:00
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar