Yasamal rayon icra başçısı Elşad Həsənova məxus "Dəyirman" restoranında jurnalist döyüldü - FOTO və VİDEO

29, 09, 21
09:17

Yasamal rayon icra başçısı Elşad Həsənova məxus "Dəyirman" restoranında jurnalist döyüldü - FOTO və VİDEO


"Kanal 13"-ün əməkdaşı Əvəz Hafizli bir qrup şəxs tərəfindən döyülüb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə internet kanalın direktoru Əziz Orucov məlumat yayıb. 

O, iddia edib ki, jurnalist Yasamalın icra başçısı Elşad Həsənova məxus restoranda döyülüb və qolu sındırılıb: "Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən "Dəyirman" restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizliyə qarşı göstərilən təziq nəticəsində sağ əlində sümük sınığı və vətərlərində zədələnməsi baş vermişdir. Həmçinin telefonu əlindən alınaraq sındırılıb". 

“Kanal 13” rəhbəri Əziz Orucov şəxsi “Facebook” hesabında paylaşım edib. Kanal 13 əməkdaşı jurnalist Əvəz Hafizli bu gün “Dəyirman ” restoranında çəkiliş apararkən zorakılığa məruz qaldığını özü də WatsApp statusunda video paylaşaraq təsdiqləyib. O bu barədə DİN-in 102 xidmətinə zəng etdiyini, Nəsimi rayon polis idarəsində izahat yazdığını bildirib.

Əziz Orucov hüquq müdafiəçilərini, jurnalistləri, ictimai fəalları və eləcədə aktiv insanları məsələyə biganə qalmamağa çağırıb. O,  deyib ki, hadisə ilə bağlı polisə məlumat verilib. 
 
Tele-kanal rəhbəri bildirib ki, hazırda fiziki zorakılığa məruz qalan jurnalist həkim nəzarətindədir. 


"Azərbaycan Reallığı" adı çekilən qarşı tərəfin mövqeyin tanıyır

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın