Partiya sədri: "Elmar Vəliyev tərəfindən əhaliyə olunan kobudluğu araşdırılmır, iş birtərəfli aparılır".

09, 07, 18
12:24

Partiya sədri: "Elmar Vəliyev tərəfindən əhaliyə olunan kobudluğu araşdırılmır, iş birtərəfli aparılır".

İyulun 3-də həyatına sui-qəsd olaraq gülələnən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında sosial şəbəkələrdə, xəbər saytlarında müzakirələr tükənmək bilmir, hər kəs hadisəyə bir tərzdə yanaşır. Kimi Elmar Vəliyev və Gəncə əhalisi arasında olan münasibətin normal olmamasından, kimsə onun vəzifədə olduğu vaxt işini səriştəsiz apardığından, peşəkar məmur olmamağından yazır. Azerbaycanrealligi.com bununla bağlı bu dəfə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlundan baş vermiş hadisə barədə təmsil etdiyi partiyanın münasibətini öyrəndi. GAP sədri Ağasif Şakiroğlundan alınmış açıqlamanı olduğu kimi təqdim edirik:

həyatına qəsd olan istənilən bir hadisəyə, qanlı hadisəyə münasibətimiz, təbii ki, çox pisdir. Amma biz hesab edirik ki, məsələ təsəvvür olunduğu kimi deyil. Təsəvvür edin ki, əvvəl hökumətin ən yuxarı qatı, Prezident Administrasiyasının ictimaiyyətçisi elə hadisə gecəsi bildirdi ki, bu hadisəyə adi bir kriminal hadisə adı vermişdi. Üstündən bir gün keçən kimi bu hadisə çöndü oldu böyük bir terror aktı, nə bilim, hakimiyyətin mənimsənilməsinə cəhd, nə bilim, dini dövlət qurulması. 24 saat qabaq isə “adi, sıradan bir kriminal hadisə idi, şişirdilməyə ehtiyacı olmayan”, yəni öz dilləriylə desək, yadlarına salsaq. Düzdür, 

ümumiyyətlə, pisləyirik. Təəssüflər ki, hakimiyyət bu məsələni birtərəfli araşdırır. Bunu da deməyi özümüzə borc bilirik, bu cinayətin baş verməsinin səbəblərini araşdırmır, motivi araşdırmır. Motiv, Vəliyevin vətəndaşlara, yerli əhaliyə qarşı olan kobudluğu, nəzakətsizliyi və digər özbaşınalıq etdiyi hərəkətlər qalıb qıraqda. Əgər motiv araşdırılmasa, belə tipli hadisələr Azərbaycanın başqa rayonlarında da olmayacağına heç kim zəmanət vermir. Məsəl üçün, Quba üsyanı yadınızdadır, İsmayıllı hadisələri yadınızdadır. Orada vətəndaşlar kollektiv olaraq İcra başçısına etiraza qalxdılar, burada bir fərdi qaydada etirazdan doğan cinayət ortalığa çıxdı. Və əgər hakimiyyət rayonlarda, əyalətlərdə İcra başçılarının vətəndaşlarla rəftarına nəzarət etməsə və bu olayı da dəqiq araşdırıb bu olayın baş verməsinin kökündə nə durduğunu araşdırıb Vəliyevi cəzalandırmasa, indi əgər həyatdadırsa, bu tip hadisələr başqa rayonlarda pis pretsident ola bilər. Və İcra başçıları vətəndaşların bir nömrəli xidmətçiləridir, dövlətin vətəndaşlara xidmət etmək üçün təyin etdiyi qulluqçulardır. Və bunlar vətəndaşlara qulluq etməlidirlər, vətəndaşların üzərində hökmanlığa, vətəndaşları aşağılayıcı hərəkətlərə yol verməməlidirlər. Belə hallara yol verən şəxslər də dövlət tərəfindən cəzalanmayanda vətəndaş tərəfindən cəzalanır. Vətəndaş tərəfindən cəzalananda ortaya xoşagəlməz bu tipli hadisələr çıxır".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın